Vətən müharibəsi şəhidinin cənazəsi Mingəçevirə gətirilib

Vətən müharibəsində şəhid olan 31 yaşlı Pərviz Hafiz oğlu Tağıyevin cənazəsi ailəsinin yaşadığı evə gətirilib.

"Report"un məlumatına görə, hazırda Mingəçevirdə rəsmi şəxslərin, şəhid yaxınlarının və şəhər sakinlərinin iştirakı ilə vida mərasimi keçirilir.

Vida mərasimindən sonra şəhid Mingəçevir şəhər Şəhidlər xiyabanında dəfin olunacaq.

Qeyd edək ki, Pərviz Hafiz oğlu Tağıyev 1990-cı ildə anadan olub. Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edib. Müharibənin ilk günlərindən ailəsi ondan xəbər ala bilməyib. Bu gün onun nəşi Suqovuşan-Tərtər istiqamətində tapılaraq ailəsinə təhvil verilib.

635x100

Şərhlər

Xalq 2021-05-05 18:45:25

Allah şəhidə rəhmət eləsin! Cənnət-məkan olsun!

Son yazılar