Çirkab sularının “Azərsu”nun nasosları vasitəsilə təmizlənmədən Xəzərə axıdıldığı müəyyən edilib - RƏSMİ

Səbail rayonu Bibiheybət qəsəbəsindəki boru kəmərindən çirkab suların Xəzər dənizinə axıdılması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər əsasında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırma aparılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya verilən məlumata görə, xidmətin rəisi Hikmət Əlizadə bildirib ki, araşdırma zamanı ərazidə formalaşan çirkab suların “Azərsu” ASC-nin Bakı Sukanal İdarəsinin tabeliyində fəaliyyət göstərən nasoslar vasitəsilə təmizlənmədən Xəzərə axıdıldığı müəyyən edilib.

“Mütəxəssislər tərəfindən boru xəttindən axan sudan mikrobioloji təhlillərin aparılması üçün nümunələr götürülüb”.

H.Əlizadə qeyd edib ki, araşdırmaların və analizlərin nəticələrinə uyğun olaraq tərəfimizdən müvafiq tədbirlər görüləcək və ictimaiyyətə əlavə məlumat veriləcək.

635x100

Şərhlər

zaur 2021-05-07 10:40:19

Elə o Hikməti də çıxarmaq lazımdır.İndiyədək hara baxırdı?

.EJDER lox 2021-05-07 01:31:54

malades,sabah bu qorxmazı yuksek vezifeye teyin edejekler...

Əlil 2021-05-06 21:39:49

Ötürüb qorxmaz gorbagor olandan sonra ayılan eqoloqum vayyy!!

Nazim 2021-05-06 20:26:42

her iwimiz beledir, Qorxmaz cixmasa, bu problemi goren olmayacaqdi? duwundurucudur... Allah komeyimiz olsun

Son yazılar