“Taliban danışıqlardan imtina edərsə, məzarlığı seçəcək” - Əşrəf Qani xəbərdarlıq etdi

Prezident Əşrəf Qani “Əfqanıstanın risk və fürsət anı” başlıqlı məqaləsində bildirib ki, bütün beynəlxalq maraqlı tərəflərin və əfqan xalqının tələb etdiyi “suveren, islam, demokratik, bitərəf və birləşmiş Əfqanıstandır” və əgər Taliban danışıqlardan imtina edərsə, məzarlığı seçəcək.

“AzPolitika.info” “Khaama Press” Agentliyinə istinadla xəbər verir ki , Qani, Taliban tərəfindən tələb olunan islam sisteminin Əfqanıstanda onsuz da mövcud olduğunu və istədikləri son vəziyyəti “aydınlıq və detallarla” nümayiş etdirməyin lazımlığını vurğulayıb. Prezident həmçinin deyib ki, sülh danışıqları üçün Doha danışıqlarında əskik olmayan etibarlı və bitərəf bir vasitəçi lazımdır və bu rol üçün ən yaxşı seçim Birləşmiş Millətlər Təşkilatı olacaq: “Müzakirələrin ilk mövzuları əfqan xalqının gündəlik həyatına sülh və möhlət gətirmək, sülh prosesinə inamı bərpa etmək üçün istənilən son vəziyyətə çatmaq və hərtərəfli atəşkəsin tətbiq edilməsi olmalıdır. Çünki sülh danışıqları zamanı qurulan atəşkəs tez-tez dağılır, lakin beynəlxalq nəzarətə sahib olmağımız çox vacibdir”.

Qani, tərəflərin qısa müddətə sahib olacağı keçid rəhbərliyini müzakirə etməli və qərar verməli olduqlarını qeyd edib. Belə bir vəziyyətdə seçkilərə qatılmayacağını və xələfinin sülh mandatı olacağı təqdirdə istefa etməyə hazır olduğunu açıqlayıb.

Ə.Qani əlavə edib ki, Əfqanıstan hökuməti və Taliban rəhbərliyinin İŞİD, Əl-Qaidə və digər terrorçu qruplaşmalarına qarşı mübarizə üçün yanaşma barədə razılığa gəlməsi və razılaşmanın terrorizmə qarşı mübarizə çərçivəsində digər ölkələrin dəstək zəmanətlərini təmin etməsi vacibdir. Əfqanıstan Prezidentinin fikrincə, pozulmuş və nizamsız “güc keçişi” ölkədəki təhlükəsizlik sektorlarına rəhbərlik və nəzarəti təhlükə altına ala bilər. “Qeyri-müəyyənlik” əfqanları köç etməyə vadar edə bilər ki, bu da başqa bir qaçqın böhranına səbəb olacaq.

Qaninin proqnozuna görə, Taliban artıq siyasi razılığa maraq göstərməyəcək və bunun əvəzinə hərbi təcavüzü davam etdirməyi seçəcək.

L.SƏMLA

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar