Lavrov İrəvanda Zəngəzur dəhlizindən danışıb - Erməni ki, erməni...

Qarabağ münaqişəsi bölgəsində nəqliyyat kommunikasiyalarının açılması barədə qərar istisnasız olaraq, könüllülüyə əsaslana bilər.

Bu barədə İrəvanda mayın 6-da keçirdiyi mətbuat konfransında Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bəyan edib. Xəbəri «VERELQ» analitik-informasiya portalı yayıb.

Sergey Lavrovun sözlərinə görə, Rusiya, Ermənistan və Azərbaycan liderlərinin əldə etdiyi razılaşma istisnasız olaraq, könüllülük əsasında diplomatik razılığa söykənməlidir.

«Bunun əksinə yönəlmiş istənilən bəyanatı şərtləşdirilmiş razılığa alternativ kimi qəbul etmək olmaz» - Lavrov-Kələntəryan qeyd edib.

Rusiya diplomatyasının başçısı qeyd edib ki, Qarabağ tənzimləməsində pozitiv tendensiya müşahidə olunur.

«Situasiya «yerdə» əhəmiyyətli dərəcədə normallaşıb. Rusiya sülhməramlı kontingenti təhlükəsizliyin qarantı kimi çıxış edir. Kontingent təmas xətti boyunca və Laçın dəhlizi boyunca yerləşib. Tərəflərdən heç birinin keçinə bilmədiyi əhəmiyyətsiz insidentlər baş verir ki, onlar da operativ və effektiv qaydada bizim sülhməramlı hərbçilərimiz tərəfindən tənzimlənir. Onlar hərbi əsirlərin dəyişdirilməsinə daim diqqət yetirirlər» - Lavrov erməni həmkarı Ara Ayvazyanla keçirdiyi birgə danşıqların yekunlarına görə qeyd edib.

O, əlavə edib ki, Rusiya, Ermənistan və Azərbaycan liderlərinin qarşıya qoyduğu nəqliyyat və iqtisadi əlaqələrin bərpası istiqamətində tapşırıqlar uğurla reallaşdırılır.

«Baş nazir müavinləri səviyyəsində üçtərəfli işçi qrup fəal və ritmik işləyir. Maraqlıyıq ki, bu iş davam etsin və Bakı ilə İrəvan arasında dialoqun qurulmasına, Cənubi Qafqazın dayanıqlı inkişafına kömək etsin» - Lavrov fikrini belə yekunlaşdırıb.

AzPolitika.info

635x100

Şərhlər

Veteran 2021-05-07 10:58:06

h

Veteran 2021-05-07 10:56:11

qqqqqqqqqqqqqqqq

Roma 2021-05-07 08:14:40

Məncə Zəngəzur dəhlizinin açılmasına ermənilər və eləcə də ruslar imkan verməyəcəklər, o ki, qaldı 9-10 noyabr 2020-ci il razılaşmasına orada tam konkretlik yoxdur və lap olsa belə, rus və onun əlaltısı olan ermənilər istənilən şəraitdə vəziyyəti dəyişəcəklər...aşmasına

Son yazılar