"Azəralüminium" 74 milyon manatlıq gil-torpaq alır

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi “Azəralüminium” MMC gil-torpağın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibləri “Noble Resources Ltd” və “Silk Road Commodities” şirkətləridir.

Qalib şirkətlərə müvafiq olaraq 57,202 milyon manat və 17,28 milyon mnaat, ümumilikdə isə 74,482 milyon manat ödəniləcək.

Xatırladaq ki, “Azəralüminium” 2018-ci ildə yaradılıb, ölkədə əlvan metallurgiya sənayesinin aparıcı sahəsi olan boksit və alunit filizindən alüminium – oksid, ilkin alüminium və yarımfabrikat məhsullarının istehsalı üzrə aparıcı şirkətdir. Onun istehsal sahəsi Gəncə Alüminium Kompleksidir.

635x100

Şərhlər

Tehnoloq 2021-05-07 12:45:23

Güman ki, bu 72 milyonluq al-gil ASCnə və ölkəmizə azı yüz milyon gəlir gətirəcək?

Son yazılar