Bakıda 15 yaşlı şəxsin başına daş parçasının düşməsi ilə bağlı cinayət işi başlanıldı

Bakıda 15 yaşlı şəxsin başına daş parçasının düşməsi ilə bağlı cinayət işi açılıb.

Bu barədə “Report”a Səbail Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, aprelin 30-da 2006-cı il təvəllüdlü Şabanov Əli Mahir oğlunun üzərinə paytaxtın Səbail rayonu ərazisində binanın fasadından daş parçasının düşməsi nəticəsində mayın 5-də onun müalicə aldığı Respublika Neyrocərrahiyyə Xəstəxanasında vəfat etməsi faktı ilə bağlı Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

635x100

Şərhlər

Xalq 2021-05-07 12:50:38

binaya qarşı cinayət işi qaldırılıb?

.EJDER lox 2021-05-07 09:36:32

bu hakimiyyetde qanun,mehkeme ancaq sozdedir,sifariwledi

Son yazılar