Menu

Əlillik və pensiya təyinatları necə araşdırılır? - "Bir şəxsin belə haqqının pozulmasına göz yuma bilmərik"

07.05.2021, 15:26
Əlillik və pensiya təyinatları necə araşdırılır? - "Bir şəxsin belə haqqının pozulmasına göz yuma bilmərik"

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən əlillik, pensiya və müavinət təyin edilmiş vətəndaşlarla bağlı araşdırma aparılır. Nəticədə 100 mindən artıq pensiya, 20 minə yaxın əlillik təyinatı ləğv edilib, 120 iş araşdırılması üçün Respublika Prokurorluğuna göndərilib. Nazirlik rəsmiləri bildirirlər ki, qanunsuz pensiya ödənişlərinin dayandırılması nəticəsində dövlət büdcəsinə 750 milyon manatdan artıq qənaət edilib.

Qeyd edək ki, bu proses kifayət qədər narazılıq doğurub. Xeyli sayda əlil vətəndaşlar əsassız olaraq qruplarının, müavinətlərinin ləğv edildiyini bildiriblər. Həmçinin nazirliyin kütləvi araşdırması uzun növbələrin yaranmasına, bəzən aylarla çəkir ki, bu da onların pensiya və ya müavinətdən məhrum edilməsi ilə nəticələnir.

Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev əvvəlki dövrlərdə hərbi səbəblərlə əlaqədar təyin edilmiş müddətli əlilliklərinin uzadılması üçün əyani müayinə əsasında qiymətləndirilməsində iştirak edib. 

Onun sözlərinə görə, əyani müayinə Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, Müdafiə Nazirliyinin və digər müvafiq qurumların hərbi həkim ekspert komissiyaları, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi nümayəndələrindən ibarət komissiya tərəfindən keçirilir. 

"Bu zaman müayinyə cəlb edilmiş şəxlərin əlillik sənədləri, mövcud sağlamlıq vəziyyətlərinin də əlillik təyinatına uyğun olub-olmadığını araşdırılır",-deyə Ə. Nuriyev vurğulayıb.

Hüquq müdafiəçisinin sözlərinə aparılan araşdırmalar göstərir ki, bir sıra hallarda xəstəlik diaqnozları və sağlamlıq vəziyyəti əlillik təyinatına əsas vermir: "ƏƏSMN bu halların araşdırılması, qanun pozuntularının qarşısının alınması, şəffaflıq və obyektivlik təmin edilməsi üçün əlaqədar dövlət orqanları, vətəndaş cəmiyyətini də cəlb etməklə zəruri tədbirlər həyata keçirir. Fikrimcə, səmərəli ictimai nəzarət və hesabatlılıq təmin edilməklə bu işlərin həyata keçirilməsi zərurətdən yaranıb. Çalışmalıyıq ki, prosesə obyektiv, rasional yanaşaq, ƏƏSMN ciddi araşdırma aparıb, bu istiqamət üzrə ciddi qanun pozuntuları və sui-istifadə halları olması faktlar, rəqəmlərlə qeyd olunur. Hesab edirəm ki, bu fakt və rəqəmlərə ciddi yanaşmalıyıq. Nazirlik ictimai nəzarətin təmin edilməsi, ictimiyyətin iştirakçılığı üçün şərait yaradır".

Bununla belə Əliməmməd Nuriyev hesab edir ki, şikayətlər də, əks mövqelər də mütləq və mütləq diqqətə alınmalıdır.

"Bir şəxsin belə haqqı çatan sosial müdafiə tədbirindən kənarda qalmasına göz yuma bilmərik. Bu proses səbr, təmkinlə aparılmalıdır, obyektiv, şəffaf olmalıdır. Burada söhbər həm fərdlərin, həm də dövlətin maraqlarından gedir", - deyə o qeyd edib.

Hüquq müdafiəçisi hesab edir ki, optimal yol hərbi səbəblərlə ağır fəsadlar almış, lakin əlillyə səbəb olmayan hallarda veteran və qazilərimizə verilən müavinətin miqdarı artırıla bilər: "Vətənimizin bütövlüyü uğrunda döyüşmüş, sağlamlığını itirmiş, əlilliyə səbəb olmasa da fəsadlar almış veteran və qazilərimiz bu baxımdan fərqləndirilməlidir. Onlar kifayət qədər sosial qayğı ilə əhatə olunmalıdır".

Ekspertin müşahidələrinə görə, ƏƏSMN bütün maraqlı tərəflərin iştirak etdiyi, korrupsiya hallarını, subyektiv təsirləri neytrallaşdırmağa imkan verən mexanizm tətbiq edir.

"İctimaiyyət nümayəndələri olaraq bu prosesə həssas və obyektiv yanaşmalıyıq, ədalətin pozulduğu hallarda susmamalıyıq, ən vacib şərt isə özümüz ciddi araşdırmalı və ədalətli olmalıyıq"-deyə Ə.Nuriyev vurğulayıb.

"AzPolitika.info"

Şərhlər

t.ədalət 2021-05-07 23:27:11

bir milyon əlil bir nazirin oğurladığı və talan etdiyi dövlət əmlakı qədər büdcəyə ziyan vura bilməz.Vaxtı ilə Ziya Məmmədovun adamları İşbankada hər gün milyonları nağdlaşdırıb daşıyırdı.İkincisi də əhali işləmək istəyir.Əlilliyi ləğv edib adamları mağmun etməkdən əvvəl iş yerləri,özü də hamı üçün iş yerləri yaratmaq lazımdır.

.EJDER lox 2021-05-07 18:50:38

,natemiz,eyrivicdanlarin dovrudur,hamisi yuksek vezifelerdedir,keyf eleyirler

əlil 2021-05-07 18:30:01

başını aşağı salıb, elədiyi ədalətsizliklərdən guya ki əlillərdən utanır!

Roma 2021-05-07 16:24:37

Səlimin əlillik və pensiyalara vurduğu düyünlərin açılması uzun illər tələb edir...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol