Finlandiya kəşfiyyatı Rusiya ordusunun Avropada müdaxiləyə hazır olduğunu bəyan edib

Finlandiya Müdafiə nazirliyi ölkənin hərbi kəşfiyyatının son zamanlarda əldə etdiyi məlumatlarla bağlı mühüm informasiya yayıb. Musavat.com bildirir ki, bu barədə “Kommersant” qəzetində məlumat verilib.

Sənəddə əsas diqqət Rusiyaya ayrılıb. Xüsusilə rəsmi Moskvanın hədəflərinə çatmaq üçün Silahlı Qüvvələrini Avropa da daxil olmaqla, dünyanın hər yerində istifadə etmək qabiliyyətinə malik olduğu vurğulanıb.

Kəşfiyyatın məlumatında Avropadakı işlərin ümumi vəziyyəti “güc siyasətinin intibahı” olaraq qiymətləndirilib. Məruzədə həm Rusiyanın, həm də NATO-nun Finlandiya ilə qonşu rayonlarda güclü və texnoloji cəhətdən ən müasir hərbi sistemləri yerləşdirdiyi, hər iki tərəfin öz döyüş qabilyyətlərini artırdıqları, lazım gəldikdə ordularını çevik şəkildə hərəkətə keçirə biləcəkləri narahatlıqla qeyd olunub.
Bundan öncə Rusiya müdafiə naziri Sergey Şoyqu ordunun NATO-nun “Defender Europe” adı altında keçirilən hərbi təlimləri zamanı “xoşagəlməz ssenariyə” hazır olması gərəkdiyini söyləmişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar