Menu

ABŞ və Ukrayna Qara dənizdə birgə hərbi təlim keçirib

09.05.2021, 17:04
ABŞ və Ukrayna Qara dənizdə birgə hərbi təlim keçirib

ABŞ və Ukraynanın sərhəd xidmətlərinin gəmiləri Qara dənizdə birgə hərbi təlim keçiriblər. “Report” TASS-a istinadən xəbər verir ki, məlumatı Ukrayna Dövlət Sərhəd Xidməti yayıb.

“Dünən Ukraynanın iqtisadi dəniz zonasında Dövlət Sərhəd Xidmətinin flaqmanı ABŞ-ın Sahil Mühafizə Xidmətinin “Hamilton” gəmisi ilə qarşılaşıb”, - məlumatda qeyd olunub.

Bildirilib ki, iki dövlətin gəmilərinin təhlükəsizliyinin təmin edilməsi və dəniz sərhədlərinin mühafizəsi ilə bağlı tərəflərin təmsilçilərinin işgüzar görüşü olub. Bu manevr də dənizdə birgə təlim-təcrübə mübadiləsi çərçivəsində keçirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol