44 GÜNƏ BİTƏN SAVAŞ, 6 AYDIR BİTMƏYƏN QOVĞA... - Və ya şanlı ordumuz niyə Xankəndini təmizləmədi?

Ötən ilin noyabr ayının 10-dan bəri sosial şəbəkələrin Azərbaycan seqmentində şiddətli bir savaş gedir. Təmas xəttinin hər iki tərəfində duran və gecə-gündüz demədən, atəşkəs razılaşmasına getmədən “atışan”lar azərbaycanlılardır.

Bu “müharibə”nin əsas “nifaq alması” 44 günlük müharibənin nəticələrinə baxışdır. Bir tərəf inadla bunu “tam və qəti qələbə” elan edir, o biri tərəf isə torpaqlarımızın böyük hissəsinin, eləcə də azad olunacağı fantastika kimi görünən Şuşanın erməni işğalından qurtarılmasını “heçə-puça” çıxarır.

Dünən faşizm üzərində qələbənin Xankəndi şəhərində rus sülhməramlıları və ermənilər tərəfindən qeyd olunması bu mübahisələri bir az da şiddətləndirib. Feysbukda elə şeylər yazırlar ki, adam mat qalır.

Bir qrup erməninin Xankəndi şəhərində əzik və miskin bir şəkildə keçid etməsi, tarixi qələbənin təntənəsindən çox, 6 ay əvvəlki məğlubiyyətin hüznü ilə müşayiət olundu. O yürüşün axırı qəbristanlıqda ağlaşma ilə bitdi. Ancaq ictimai-siyasi fəallarımız bu faktı yox, ermənilərin Xankəndi şəhərindəki mövcudluğunu qabartdılar.

Aydın məsələdir, ötən il noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan rəhbərləri arasında atəşkəs razılaşması əldə olunmasaydı, müharibənin gedişatı eləydi ki, bir neçə günün (və ya həftənin) içində Qarabağ münaqişəsi tam və qəti şəkildə həll olunacaqdı. Amma elə olmadı və bunun hər kəsə bəlli ciddi səbəbləri var.
Birincisi, ermənilərin silah gücünə Azərbaycan torpaqlarından elliklə qovulub çıxarılması hərbi cinayət elan ediləcəkdi. Zorakı və kütləvi deportasiya bir xalqa qarşı törədilən soyqırım siyasətinin tərkib hissəsi sayılır və bu akt beynəlxalq məhkəmədə mühakimə olunur.

İllərdir bu barədə yazılır, deyilir, amma hələ də bizdə bir çoxları yeri gələn kimi belə bir fikir səsləndirirlər ki, erməniləri ellikcə Qarabağdan qovmalıyıq. Hətta bu kimi fikirlərdə daha da irəli gedənlər var, amma onların düşüncələrinin fel hissəsini yazmıram.

Bütün bunları edə bilərikmi? Heç əlimizi açmağa imkan verməzlər. Necə ki, tankımızın lüləsi Xankəndiyə dirənən kimi Rusiya gövdəsini qabağa verdi, irəliləməyimizə imkan vermədi. Hələ bunun ABŞ-ı, Fransası da vardı.

Böyük güclərlə, bütün dünya ilə döyüşmək gücümüz varmı? Tək bizim yox, dünyanın heç bir qüdrətli dövlətinin dünya ilə savaşmaq gücü yoxdur. Hər bir dövlət öz ambisiyasını bəlli bir çərçivədə yeridə bilər, heç kim əndazəni aşa, uzun müddət “burda mənəm, Bağdadda kor xəlifə” ədası sərgiləyə bilməz. Gec-tez onu yerində oturdacaqlar. 28 ilin işğalına dözən xalq 1-2 il daha səbr etməlidir.


Bizim Qarabağ münaqişəsinin hərbi yolla çözülməsi istiqamətində gedə biləcəyimiz yer Şuşadan Xankəndiyə doğru enişlərə qədər idi və biz ora qədər çox sürətlə getdik. Ordan o tərəfə 200 il bundan əvvəl Qarabağa müdaxilə etmiş rus əsgərinin mövqeyidir. Acı reallıq bundan ibarətdir.

Emosiyalarla yox, ağıl-kamalla, səbr və təmkinlə siyasət yürüdən istənilən dövlət adamı bu reallıqlarla hesablaşmağa məcburdur. O, bununla barışmaya da bilər, amma hesablaşması zəruridir.

Ötən il bu vaxt Ermənistanın baş nazirinin Şuşada, Cıdır düzündə bizə acıq verirmişcəsinə yallı oynamasından qeyzlənən və Şuşanın raketlə vurulmasını istəyən milyonlarla vətəndaşımızın 28 illik arzusu gerçəkləşib, Şuşa artıq yenidən özümüzədədir. Amma arzudan arzu doğub, indi də gözümüz haqlı olaraq Xankəndidədir.

Ancaq bir şeyi bilməliyik: günü bu gün Xankəndi şəhəri Azərbaycan hərbçilərinin nəzarətinə keçsə belə, biz orada yaşayan bütün erməniləri bir günün içində şəhərdən kürüyüb ata bilmərik. Belə bir hüquqa malik deyilik. Əksini edənləri dünyadan təcrid edər, haqsız duruma salar, qanundankənar elan edərlər.

Ona görə də tez-tez “bu necə qələbədir ki, Ağdərə, Xankəndi, Xocavənd ermənidə qalıb” deyə qulağa xoş gələn demaqogiyaya yol vermək olmaz. Adı çəkilən yerlər 150 ildir erməni millətindən olan Azərbaycan vətəndaşlarının yaşadığı nahiyələrdir. 

Sadəcə, biz orada Azərbaycan qanunlarının işləməsini, idarəetmə orqanlarının paytaxt Bakıya tabe olmasını təmin etməliyik. Bu isə, belə görünür ki, zamana bağlı məsələdir. 

Hər dəfə ermənilər Xankəndidə nəsə bir toplantı keçirəndə, ayrı-ayrı siyasi fəallar məğlubluğun doğurduğu acı ilə başlarından böyük sözlər danışanda biz burada hövllənməli deyilik, səbrlə, qədəm-qədəm öz işimizi görməliyik, güclənməliyik, Qarabağın azad olunmuş məkanlarına əsaslı şəkildə yerləşməliyik.

Bu baxımdan 6 aydan bəridir daxilimizdəki bu qovğanı bitirməliyik, əldə etdiyimiz nailiyyəti möhkəmləndirərək, öndəki hədəflərə baxmalıyıq.

Xalid Kazımlı (musavat.com)

635x100

Şərhlər

boris 2021-05-10 20:45:04

У Олега правильная позиция, я на 100 % согласен с ним

Xalid Kazimliya MESLEHET !!! 2021-05-10 20:19:12

Xalid Kazimli ( musavat.com ) , senin , AzPolitika.info Internet saytinda derc olunmush meqalende , sen oz shexsi fikrini , reyini , movqeyini bildirmisen , amma, sene , hech bir vaxt, IXTIYAR - SELAHIYYET VERILMEYIB ki , Azerbaycan CEMIYYETINI, YANLISH , SEHV , CHASHDIRICI ISTIQAMETE YONELDEREK , XALQIMIZI QORXUTMAQA CEHD GOSTERESEN, bu sebebden , sen , SERT TENQIDLERE LAYIQ bir adamsan , KOBUD SESLENSE DE , sene MESLEHET OLUNUR ki, OZUNE " MOLLALIQ " ET , CEMIYYETE " QEZEL " OXUMA ve OZ YERINI , HOKMEN BIL . Xalid Kazimli , sen deqiq bilirsen ki, Azerbaycan Ordusu , YALNIZ ve YALNIZ , Daqliq Qarabaqda olan ermeni silahli quvvelerine qarshi antiterror emeliyyati kechirib ve MULKI, DINC , ERMENI EHALISINE QARSHI BIR GULLE ATMAYIB ve Azerbaycan hokumeti RESMI ELAN EDIB BUTUN DUNYA OLKELERINE ki, Daqliq Qarabaqda yashayan mulki , dinc ermeni ehalisi Azerbaycan VETENDASHLARIDIR , bunu bilerekden, Xalid Kazimli , NIYE, Azerbaycan XALQINI ALDADIRSAN ozunun FANTAZIYASI ile ve UTANMADAN , CHALISHIRSAN XALQIMIZI QORXUTMAQA , bu senin HOQQABAZLIQIN , TAM SERT TENQIDLERE LAYIQDIR .

Niyaməddin 2021-05-10 18:21:06

?????????!!!!!!!!!!!!...….....

İbrahim 2021-05-10 18:08:03

erməni qəhbələri Azərbaycanlıları qova bilər amma biz o ....qova bilmərik hə?? 30 ildi Azərbaycanlı ayağı dəymirdi ora bəs bu necə oldu siz nağılları kimə danışırsız??deməli sabah rusiya desə Şusadan çıxın onda gərək Şuşadanda çıxaq?? ...

Tarix Nəzərli 2021-05-10 17:46:13

Kim nə deyir desin ,bu son 200 ildə Azərbaycan tarixində ən böyük qələbədir.Biz erməni faşizmi,rus və fars şovinizmi üzərində qələbə qazanmışıq.!!!

.EJDER lox 2021-05-10 17:39:26

aye,kqbewnik putin olan yerde hansi uqurdan daniwirsiniz,hiyyy

oleq 2021-05-10 17:24:04

bizim qorxaq və yarımçıq yanaşmamız Qarabag problemini yenidən gündəlikdə saxladı,bəs onda Sovetlər İttifaqının qanlı dövründəQərbi Azərbaycandan 250 min köklü əhali necə qovuldu?Bunun sadə yolu var idi: yaşayış evlərini darmadagın etmək və sonra da geri gəlməyə dəvət etmək,onda bu problem olmazdı

oxucu 2021-05-10 16:02:45

Xalid bəyin bu yazısı həqiqətən də doğru yanaşmadır.Qələbəmizdən sevinirik.Ancaq hər şeyi birdən birə kökündən həll etmək mümkün deyil.Bu mümkünsüzlüyü tələb edənlər siyasətdən,hərbidən bir sözlə dünyadan xəbəri olmayan bəzi jurnalistlər,dırnaqarası siyasətçilərdir.44 günlük müharıbədə bütün dünya cənab Prizidentimizin müharibənin necə idarə etməsinə,bütün dünya mediasına verdiyi müsahibələrə heyrətlə baxırdılar.Bunu məharətlə bacaran insan yerdə qalan problemləri də bacarasaq.Buna zaman,diplomatiya, lazimdır.Səbirli olmaq lazımdır.Şükürlər olsun ki bu da bizim Prizidentimizdə var.O nəyi nə vaxt etməyi çox əla bilir,və edəcək də.Odlu alovlu danışan XURAL TV nə bilim REAKSİYA TV bir az düşünün .Hər bir işin öz zamanı var.

Son yazılar