Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsi Sumqayıtda xüsusi əməliyyat keçirib. Daxili Işlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, əməliyyat nəticəsində Sumqayıt şəhər sakini Cavad Ağayevin tamah məqsədilə Sumqayıt şəhəri 4-cü məhəllə Nizami küçəsi ev 28/17-də qumarxana təşkil etməsi və Kimyaçılar qəsəbə sakinləri, tanışları Ziyad Şirinov və Sirac Ismayılov ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında həmin ünvanda yaddaşında müxtəlif qumar oyunlarının yükləndiyi 7 ədəd noutbuk tipli kompüter yerləşdirmələri müəyyən edilib.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 1-də qeyd edilən ünvanda qumar oyunlarından əldə edilmiş 640 manat, maqnit informasiya yaddaş daşıyıcılarının iş masalarında “AZ novoaz-147" adlı onlayn pul (qumar) oyunları üçün nəzərdə tutulmuş proqramlar müəyyən olunduğu 1 ədəd ”Toshiba Satellite" markalı “C875" modelli, 4 ədəd ”HP" markalı “655" modelli və 2 ədəd ”Lenovo" markalı “B590" modelli, cəmi 7 ədəd noutbuk tipli kompüter, üzərində qumar oyunlarının oynanılması üçün kodların yazıldığı 23 ədəd vərəqə aşkar edilərək götürülüb. Faktla əlaqədar cinayət işi başlanıb(APA).


Şərhlər