Menu

“ŞUŞADA BU ÜÇ BÖYÜK ŞƏXSİYYƏTƏ HEYKƏL QOYULSUN!” – Deputatdan təklif

13.05.2021, 10:42
“ŞUŞADA BU ÜÇ BÖYÜK ŞƏXSİYYƏTƏ HEYKƏL QOYULSUN!” – Deputatdan təklif

Milli Məclisin Təbii ehtiyyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Şuşa şəhərində Heydər Əliyev, İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana heykəl qoyulmasını təklif edir.

“Təklif edirəm ki, 28 illik işğaldan sonra azad olunmuş Şuşada - Azərbaycanın müqəddəs qala-şəhərində Ulu öndər Heydər Əliyev, Müzəffər Ali Baş Komandan İlham Əliyev və misilsiz qardaş dəstəyilə 44 günlük müharibədə Böyük Qələbəmizin memarlarından biri olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana heykəl ucaldılsın. Düşünürəm ki, bu təklif bütün xalqımızın ürəyindən olar. Azərbaycan xalqı qədirbilən xalqdır”, - deputat “AzPolitika”-ya açıqlanmasında deyib.

“Ola bilsin, kimlərsə hesab edir ki, sağlığında siyasətçilərə, böyük şəxsiyyətlərə heykəl ucaltmaq düz deyil. Əlbəttə, bu üç böyük şəxsiyyət onsuz da xalqımızın qəlbində ömürlük taxt qurublar. Amma mən hesab edirəm ki, insanlara elə sağlığında layiq olduqları qiyməti vermək lazımdır. Ona görə də, Şuşanın ən uca zirvəsində, ola bilsin ki, elə “Xarıbülbül” musiqi festivalının keçirildiyi yerdə bu üç Böyük Türk Oğluna, Türk Sərkərdəsinə möhtəşəm abidələr ucaldılmalıdır!”, - S.Qurbanov fikrini belə əsaslandırıb.

“AzPolitika”

Şərhlər

Nur 2021-05-14 12:17:43

Yaxşi olar ki, mohtəşəm bir qələbə kompozisiyasi yaradilsin, o kompozisiyada qələbəyə dəstək olan hər olkə, hər xalq,hər insan təmsil olunsun.Prezidentin özünün dediyi kimi bu bizim birliyimizin qələbəsidir. AYRİ-AYRİ İNSANLARA QOYULAN HEYKƏLLƏRİN SONLUGU BƏLLİDİR. O İNSANLAR Kİ, QƏLBLƏRDƏ ÖZLƏRİNƏ HEYKƏL QOYUB ONLAR ƏBƏDİDİR, O CÜMLƏDƏN AZƏRBAYCANİ XALQİNİ QƏLƏBƏYƏ İNANDİRAN,QƏLƏBƏYƏ RUHLANDİRAN ALİ BAŞ KOMANDAN. RUHLANDİRANƏ

Nur 2021-05-14 11:54:48

H.Əliyevin, İ.Əliyevin, R. T.Ərdoganin canli heykəlləri AZƏRBAYCAN xalqinin qəlbində əbədi yaşayacaq. Yaxşi olar ki, qələbəni əks etdiren umumi bir abidə kompleksi yaradilsin,elə bir kompazisiya ki, o Azərbaycanin haqq işində onunla ciyin-ciyinə olan butun xalqlari hər an işgala son qoymaq ücün canindan kecməyə hazir olan Azərbaycan əskərini, ali baş komadani,ulu öndəri,n muzəffər ordumuz

Kərkicahanlı 2021-05-13 21:42:17

Şuşanın mərkəzində Şuşanın azadlığını görməmiş H.Əliyevə və P.Həşimova abidə daha münasib olar?

Vətəndaş 2021-05-13 21:26:08

Şuşada qəhrəman əsgər və zabitlərimizin heykəli də ucaldılsa yaxşı olar...

əsgərə 2021-05-13 14:16:08

halal olsun sənə

esger 2021-05-13 11:30:12

Bəli bunu dəstəkləmək lazımdır. Amma eyni zamanda Müzəffər Ordumuzun qələbə əzmli əsgərlərin əbidəni də ucaltmaq borcumuzdur.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol