Menu

AZƏRBAYCAN və ERMƏNİSTAN SƏRHƏDİNDƏ BAŞ VERƏNLƏRLƏ BAĞLI AÇIQLAMA - Nazirlər müzakirə edib

13.05.2021, 20:10
AZƏRBAYCAN və ERMƏNİSTAN SƏRHƏDİNDƏ BAŞ VERƏNLƏRLƏ BAĞLI AÇIQLAMA - Nazirlər müzakirə edib

Cari ilin 13 may tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Bu barədə Azərbaycan XİN-dən məlumat verilib.

Belə ki, nazirlər Azərbaycan və Ermənistan sərhədində baş verən gərginlik ilə bağlı fikir mübadiləsi aparıblar.

Tərəflər hər hansı gərginliyin siyasi və diplomatik yolla həllinin vacibliyini vurğulayıblar.

Nazirlər bölgədə sülhün təmin olunması üçün üçtərəfli bəyanatların həyata keçirilməsinin zəruri olduğunu qeyd ediblər.

Şərhlər

B.Qarabağlı 2021-05-14 05:25:27

Sərhəddə nizamnaməyə uyğun hərbi müdafiədən qeyri hansı iş mümkünmü? 70 illik (Əsli-Kərəm) məhəbbətindən sonra SSRİnin buraxılacağını dəqiq bilən erməni lljbbisi məhəbbəti, artıq qərbə yönəltməyi, Kremllə hərbi cütlük yaradıb DQMVni işğal fərmanı versə də ətraf rayonları da işğal etdi. 27 il BMT TŞ qətnaməsini də saymadan 10.11.2020 tarixli üçtərəfli razılaşmaya qədər işğala davam etdi? Hər tərəf 70 illik və Parisdə qeyd olunmuş sərhədlərini yaxşı bilir və sülhməramlı da varsa heç bir qeyri hadisə baş verməz, inşallah?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol