Menu

Aprel ayında 11 uşaq övladlığa verilib

14.05.2021, 15:43
Aprel ayında 11 uşaq övladlığa verilib

Ötən ay ərzində vətəndaşlar tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sosial.az portalı vasitəsilə övladlığagötürmə ilə bağlı 35 müraciət daxil olub.

Nazirlikdən "Report"a verilən məlumata görə, onlardan 22-si qohumlar arası övladlığagötürmə, 4-ü ögey ata/ana tərəfindən övladlığagötürmə, 2-i valideynlərarası qarşılıqlı razılıq əsasında övladlığagötürmə, 7-i isə müəssisədən övladlığagötürmə üzrədir.

Aprel ayı ərzində övladlığa verilən uşaqların sayı isə 11 nəfər təşkil edib. Onlardan 6-sı oğlan, 5-i qızdır.

Şərhlər

t.ədalət 2021-05-14 19:34:40

Kaş,transplantasiya üçün götürməyəydilər.Uşaqlar üzərində ciddi nəzarət vacibdir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol