Menu

UNİCEF: Qəzzada son beş gündə azı 40 uşaq ölüb

16.05.2021, 17:34
UNİCEF: Qəzzada son beş gündə azı 40 uşaq ölüb

“Təkcə son beş gündə Qəzza zolağında ən azı 40 uşaq ölüb. Vəziyyət dəhşətlidir”. Bu barədə UNİCEF-in Yaxın Şərq və Şimali Afrika üzrə regional mətbuat xidmətinin rəhbəri Culyet Tuma, İsrail ilə Həmas arasındakı qarşıdurmanın kəskinləşməsi ilə bağlı RT-yə şərh verərkən bildirib.

O, baş vermə yerindən asılı olmayaraq zorakılığın dayandırılmalı olduğunu bildirib.

“Şiddət heç bir şeyi həll etməyəcək, yalnız daha çox şiddət yaradacaq. Bu vəziyyətdə ilk növbədə uşaqlar əziyyət çəkəcəklər. Şiddət dayandırılmalıdır”, - deyə o, bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol