Moskva patriarxatlığı xarici kilsə əlaqələri şöbəsinin başçısı Volokolamsk mitropoliti İlarion (Alfeyev) Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Co Bayden tərəfindən Osmanlı imperiyası dövründə guya ermənilərin genosidə məruz qoyulması barədəki «etirafı»nı müsbət qiymətləndirib.
Bu barədə Rusiya pravoslav kilsəsinin (RPK) nümayəndəsi mayın 15-də «Kilsə və dünya» proqramnda (Rossiya-24 telekanalı) bəyan edib.
«Mən, düşünürəm ki, heç olmamaqdansa, gec olmağı yaxşıdır, çünki reallıq nə qədər kədərli olsa da, etiraf etmək lazımdır və hər şeyi öz adı ilə çağırmaq gərəkdir. Və mən, düşünmürəm ki, bu gün Türkiyədə kimsə bu faciəvi faktın növbəti dəfə açıq etirafından zərər görər…» - mitropolit bildirib.
Artıq xəbər verildiyi kimi, aprelin 24-də ABŞ prezidenti Co Bayden Birinci Dünya Müharibəsi zamanı Osmanlı dövlətində ermənilərin «kütləvi halda məhv edilməsini» genosid adlandırıb.
Uzunçuluq etmədən, əminliklə söyləmək olar ki, yaddaşını itirmiş «yuxulu Co» ləqəbli Baydenin bu «etirafı» heç bir tarixi fakta, sənədə və dəlilə söykənməyən demoqogiya və ya başa sözlə, «siyasətinin ipini itirmiş», bir dəstə «inqilabçı» erməninin əlində alətə çevrilmiş ABŞ prezidentinin YEKƏBAŞLIĞIdır!
Neçə onillik uzunu dünyaya «demokratiya dərsi» keçən, əslində isə demokratiya adı altında dünyanın bir çox ölkəsinə təcavüz etmiş, bir sıra xalqları (məsələn, Amerika hindularını, Vyetnamın günahsız insanlarını, yaponları və s.) dövlət səviyyəsində kütləvi halda məhvə məruz qoymuş bir dövlətin başçısının «erməniləri genosid ediblər» deyib də «nalə çəkməsi»ni sözün gerçək mənasında, yekəbaşlıqdan başqa bir səfehlik adlandırmaq olmaz. Nə yazıq ki, «yuxulu Co» belə səfehliyi özünə rəva görüb…

Bir türk məsəlində deyilir: «Əsnək - əsnək gətirər». Elmi şəkildə sübut olunub ki, əsnəmək meymunlara (Şimpanze) xas olan səbatsızlıqdır. İndi Baydenin əsnəyi RPK-in mitropoliti İlarionu da əsnəyə sövq edib və o da əcdadı Şimpanze kimi tənbəl-tənbəl əsnəməyə baş vurub. Bu da bir səfehin digər səfehdən «ilham alması» kimi bir donuzluqdur.
«Yuxulu Co»dan əsnəmək tərübəsini bütün ruhu ilə əxz etmiş İlarion həmin İlariondur ki, bir müddət bundan əvvəl İstanbulda Aya-Sofya kompleksinin məscidə çevrilməsi barədə Türkiyə dövlətinin qərarından görünməmiş həyəcan keçirən bu kilsə rusu belə bir fikir söyləmişdi: «Bir tərəfdə kilsələr məhv edilir, başqa tərəfdə isə yeni kilsələr yaranır».
Bir müddət ötəndən sona, xəbər verildi ki, Suriyada meydan sulayan Rusiya ordusu pravoslav kilsəsinin dəstəyi ilə bu ərəb ölkəsində yeni bir «Aya-Sofya» kilsəsi (İstanbuldakının mikro nüsxəsi) tikməyə başlayır. Bu «düşmənçilik»in reallaşması yolunda Suriyanın diktatoru Bəşər Əsəd də öz dəstəyini əsirgəmir…
Belədə, kilsə rusu İlariona üz tutub demək istəyirəm: Əgər gerçəkdən də nəyi isə etiraf etmək lazımdırsa, o zaman rus pravoslav kilsəsi gərəkdir ki, uzaq olmayan keçmişdə Rusiyanın çərkəzləri genosidə məruz qoyması faktını etiraf etsin. Nədən ki, tarixi reallıq məhz bundan ibarətdir.
Bütün bunları saf-çürük edərkən, «yuxulu Co»ya, mitropolit İlariona və digərlərinə bir mətləbi xatırlatmaq ehtiyacı yaranır: «Sizin xaçınız qana elə qərq olub ki, illərlə suya salsanız da təmiz olası deyil - dönüb, güzgüyə baxın!».
Mirzə AĞ
AzPolitika.info

Şərhlər
Bu keşişin ümumiyətlə mənəvi haqqı yoxdur soyqırım məsəlləni dilə qətirmək. Rus dövləti yuz illərlə öz doğma millətini kölə kimi istismar edirdi ( dünyada analoqu olmayan vəhşilik), onlarlı heyvan kimi saxlayırdı və heyvan kimi davranırdı. Uzaqa getmək lazım deyil, insan sümükləri üzərində qurulmuş Peter böyük insan kütləsiniburq şəhərini xatırlatmaq kifayyət edər. Bataglıqlarda bu şəhərin tikilməsi üçün sənin çar Böyuk Petr böyük insan kütləsini qurban verdi. Axı bu sənin millətini qırıb. Yaxşı olar ki, bütün dövlətlər Russiya, Amerika, Fransa və s. əvvəl öz tarinə ekskurs eləsin, öz tarixini qurdalasın. Sonra başqasının bostanına daş atsın. Nəcə deyirlər: öz gözündə tiri görməyib özgə gözündə tük axtarmaq.
Təşəkkürlər Mirzə bəy! Lənətlənmiş Rusiyanın vətənimizdə və dünyanın dörd bir tərəfində xüsusilə Xocalı soyqırımının törədilməsində birbaşa rolu olmuşdur. Sözünüzün qüvvəsi, güzgüyə baxmalıdırlar. Rusiyanın belini qırmaq üçün erməni şərəfsizlərinə qarşı elə bir təzminat tələb etməliyik ki, bütün Ermənistanı bizə versələr belə ödəyə bilməsinlər.
gözəl yazıdır Mirzə müəllim! Ürəyimizdən tikanı çıxardınız! Bunlar yerində oturdulmalıdırlar!