Menu

Suriya hərbçiləri İdlibdə atəşə tutulub, ölənlər və xəsarət alanlar var

17.05.2021, 00:45
Suriya hərbçiləri İdlibdə atəşə tutulub, ölənlər və xəsarət alanlar var

Suriyanın İdlib zonasında hökumət qüvvələrinin mövqeləri döyüşçülər tərəfindən atəşə tutulub. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Suriya Ərəb Respublikasında düşmənçilik edən tərəflərin barışığı üzrə Rusiya Mərkəzi rəhbərinin müavini kontr-admiral Aleksandr Karpov bildirib.

O, qeyd edib ki, hökumət qoşunlarının mövqeləri İdlib deeskalasiya zonasının cənub-qərb hissəsində döyüşçülər tərəfindən 120 millimetrlik minaatandan və ZU-23 “ZU-23-2” hava hücumundan müdafiə qurğusundan atəşlərə məruz qalıb. Nəticədə Suriyanın üç hərbi qulluqçusu həlak olub, daha dörd hərbçi yaralanıb.

Şərhlər

Niyaməddin 2021-05-17 01:45:30

Çox gözəl! Əla!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol