Gürcüstanın Dmanisi rayonunun mərkəzində yerli azərbaycanlı sakinlər aksiya keçirirlər.
“Report”un yerli bürosu xəbər verir ki, aksiyaçılar ötən gün kütləvi hücumun olduğu mağazanın yaxınlığında toplaşıblar.
Onlar bu cür halların Dmanisidə tez-tez baş verdiyini bildiriblər. Aksiya iştirakçıları aidiyyəti dövlət qurumlarını insidentlə bağlı müvafiq ölçü götürməyi və günahkarların cəzalandırılmasını tələb edirlər.


Şərhlər