Menu

ORDUMUZ "BAYRAKTAR"LARI YENİDƏN HAVAYA QALDIRDI - VİDEO

18.05.2021, 14:50
ORDUMUZ "BAYRAKTAR"LARI YENİDƏN HAVAYA QALDIRDI - VİDEO

Azərbaycan Ordusunda hərbi aviasiya və müxtəlif təyinatlı pilotsuz uçuş aparatlarının da cəlb olunduğu təlimlər davam edir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Təlimlər çərçivəsində pilotsuz uçuş aparatlarının (PUA) heyətləri havadan müxtəlif hündürlüklərdə kəşfiyyat aparır.

PUA heyətləri həmçinin şərti düşmənin mövqelərinin, o cümlədən müdafiəsinin dərinliyindəki hədəflərin aşkar edilməsi və müvafiq məlumatların idarəetmə məntəqələrinə göndərilməsi üzrə tapşırıqları icra edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol