Menu

Güləşçimiz Avropa çempionu oldu - VİDEO

18.05.2021, 22:09
Güləşçimiz Avropa çempionu oldu - VİDEO

Şimali Makedoniyanın paytaxtı Skopyedə 23 yaşadək güləşçilər arasında keçirilən Avropa çempionatında Azərbaycan millisi ilk medalını qazanıb.

"Report"un məlumatına görə, 70 kq-da çıxış edən sərbəst güləşçi Cəbrayıl Hacıyev qızıl medala sahib olub.

O, Gürcüstan, İsveçrə və Rusiyadan olan rəqiblərinə qalib gələrək finala yüksəlib. Moldova güləşçisi ilə gərgin mübarizə şəraitində keçən həlledici qarşılaşmadan da qalib ayrılan Hacıyev ilk dəfə qatıldığı U-23 Avropa çempionatının qızıl medalını qazanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol