BAŞ NAZİRDƏN MÜƏMMALI AÇIQLAMA... - 44 günlük müharibədə Rusiya kimə kömək göstərib?

“44 günlük Qarabağ müharibəsi zamanı Rusiyanın göstərdiyi köməyi yüksək qiymətləndiririk.” Bunu Azərbaycanın Baş naziri Əli Əsədov Rusiyanın Baş naziri Mixail Mişustinlə Moskvadakı görüşü zamanı deyib.

Doğrusu, Əli Əsədovun nəyi nəzərdə tutduğunu, müharibə zamanı Rusiyanın Azərbaycana hansı köməyi göstərdiyini anlamaq bir qədər çətindir. Əgər bu fikri Ermənistanın Baş naziri səsləndirsəydi (necə ki, səsləndirib), bunu anlamaq olardı. Çünki məhz Rusiyanın Ermənistanı Azərbaycan Ordusunun “əlindən aldığı”, Qarabağdakı separatçıları ümidləndirdiyi, onlara sahib çıxdığı, müharibənin gedişində bu işğalçı ölkəyə tam, hərtərəfli dəstək verdiyi heç kimə sirr deyil.

Vladimir Putin özü şəxsən Rusiyanın bu müharibədə Ermənistana mümkün olan hər cür dəstəyi göstərdiklərini etiraf etdi.

Azərbaycan Prezidenti də açıq şəkildə Rusiyadan Ermənistana müharibə dövründə silah daşındığını bəyan etdi. 

44 gün ərzində gecə-gündüz Rusiyanın rəsmi telekanalları, media qurumları Azərbaycanın əleyhinə təbliğat apardı, Duma üzvlərindən tutmuş hökumət rəsmilərinə qədər Azərbaycanı hədələməyən qalmadı, guya xaricdən gətirilmiş “terrorçularla”, “erməni tarixi abidələrinin dağıdılmasıyla” bağlı yalan və böhtan söyləməyən şərhçi, siyasətçi olmadı. BMT-də Fransa ilə birgə Azərbaycanın əleyhinə qətnamə çıxartdırmaq istəyən də Rusiya idi.

Hələ Şuşaya atılan “İsgəndər-M” və Bakı istiqamətində atılan raketləri demirik. Bu barədə də Azərbaycan Prezidentinin özü Rusiyanı qınayan və hesabat tələb edən açıqlama verdi.

Yaxşı, müharibə günlərində(hələ müharibədən əvvəl və sonra baş verənləri demirik-C.M) Rusiyanın Ermənistana açıq dəstəyini sübut edən bütün bu sadaladığımız və saydıqca da qurtarmayan fəaliyyətlərdən sonra Əli Əsədov Rusiyanın müharibə zamanı bizə göstərdiyi hansı köməyi yüksək qiymətləndirir?

Axı, burada olsa-olsa, müharibədən sonra bölgədə sülhün bərqərar olması üçün atdığı addımlara görə Rusiyaya minnətdarlıq etmək olar - o da diplomatiya, yaxud nəzakət xatirinə...

Doğrusu, burada iki mülahizə irəli sürmək olar. Ya Baş nazir bu ifadəni kinayə, yaxud zarafatla işlədib, ya da görünür, rus dilində də fikrini düzgün ifadə etməkdə çətinlik çəkib.

Birinci variant bir o qədər ağlabatan deyil, çünki Əsədov kifayət qədər ciddi adam təsiri bağışlayır və həmkarı ilə belə zarafat etməz...

İkinci varianta gəlincə, bəlkə bizim mətbuatın tərcümə xətasına yol verdiyini düşünüb, Baş nazirin dediklərinin orijinaldakı, yən rus dilindəki variantına baxdıq və gördük ki, tərcümə xətası da yoxdur: “Мы высоко оцениваем содействие, оказанное Россией во время 44-дневной Карабахской войны”.

Bax, belə...

Cəlal Məmmədov

“AzPolitika.info” 

635x100

Şərhlər

Qabil Hüseynli 2021-05-22 16:11:10

Başdan ayağa biabırçılıqdır. Nə olub, nə baş verir?

Aborigen 2021-05-21 18:04:16

Bəs nə desin? Məgər bu adam başqa söz deməyi bacarır?

esger 2021-05-21 12:00:55

Bu cümlədə sözün tərcüməsi kömək mənası yox- vasitəçilik mənası daşıyır

Vətəndaş 2021-05-21 10:45:49

Irana getsə, iranda da deyəcək ki, “44 günlük Qarabağ müharibəsi zamanı İranın göstərdiyi köməyi yüksək qiymətləndiririk.”

Müəllim 2021-05-21 10:10:17

Allahım Azərbaycanı qoru!

Tt 2021-05-21 06:32:40

Mene ele qelir ki, yatib 100 ilden sonra ayilsam, yene bu qûn ki, veziyyeti qôrecem ,,,,, .....))

Rr 2021-05-21 06:14:00

Adama pocotni doktor zvanisi verilib orda,) Day ne demelidi ki,,,,Adam

Adil 2021-05-21 06:08:48

5 ci ,kalon axtarirlar ? Derdeeee derd , Allah rehmet elesin shehidlerimize!!!! Allah qec eder, qûc eder.

RT 2021-05-21 06:02:13

Heeeeeeee Salam aleykum (((((( ...........

t.ədalət 2021-05-21 00:53:15

Putin tezliklə "dostluq" ordenindən birini Ə.Əsədovun yaxasına tikəcək.Biz ərazilərimizin azad edilməsində yardımçımız olan qaredaş Türkiyəyə minnətdar olduğuğumuzu deyərkən,Əli müəllim Rusiyaya haqq qazandırdı....

Niyaməddin 2021-05-20 23:53:13

Xoruzun quyruğu görsənməyə başladı...

Amon 2021-05-20 23:08:15

Partlamayan isgender M raketini nezerde tutur muellim yeqin

Amin 2021-05-20 21:57:25

Herden ishivin kecmesi ucun..ayiya da dayi demek lazim gelir :)

Farid 2021-05-20 21:55:54

Əli müəllim 4000 igidimizsi hansı ölkənin köməyi ilə şəhid ediblər?

Ziyali - ya 2021-05-20 21:36:35

........." ziyali " , sen , KOR ve KAR deyilsen , 44 gunluk muharibede , ......putin ve ......shoyqu , her gun , GECE ve GUNDUZ , Azerbaycana qarshi , QEDDARLIQLA , HERBI CINAYETLER TORETDI . Sene SUAL OLUNUR : Rusiyanin Azerbaycana birbaşa müdaxilə etməməyini , kömək adlandirirsan , bes ......shoyqunun ve .........putinin Azerbaycana qarshi TORETDIYI HERBI CINAYETLERIN adi NEDIR ??????????

Xalq 2021-05-20 20:07:53

gərək mətni yazdırıb verib oxudaydılar, onda bu cür səhv olmazdı.

Ziyalı 2021-05-20 19:25:42

Rusiyanın birbaşa müdaxilə etməməyi elə köməkdir.

RR 2021-05-20 18:38:13

Bax bele ne deyesen sözün bitdiyi yer

Son yazılar