Elektrik xətti qırılaraq “VAZ-2106”ın üstünə düşüb
Hacıqabulda ər-arvad avtomobildə yanaraq ölüblər. ANS -in Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, oktyabrın 18-də saat 18 radələrində Hacıqabul rayonunun Pirsaat qəsəbəsində yüksək gərginlikli elektrik xəttinin biri qırılaraq şəhər sakini Ayət Abdullayevin idarə etdiyi “VAZ-2106” markalı avtomobilin üstünə düşüb.
Hadisə nəticəsində maşın yanıb.
Nəticədə sürücü A.Abdullayev və sərnişini - arvadı Seyran avtomobildə yanaraq ölüblər.


Şərhlər