Rusiyada süni intellektə malik döyüş robotlarının kütləvi istehsalına başlanıb. Onlar müstəqil döyüşmək qabiliyyətinə malikdirlər.
Bu barədə mayın 21-də Rusiya Federasiyasının (RF) müdafiə naziri, ordu generalı Serey Şoyqu «Yeni Bilik» marafonu mühazirəsində xəbər verib.
«Döyüş robotlarının seriyalı istehsalına başlanıb. Artıq sadə eksperimental nümunələr olan robotlar yox, fantastik filmlərdə göstərildiyi kimi müstəqil döyüşə bilən robotlar yaradılıb - Şoyqu deyib - Mən, sabahın silahı adlandırıla biləcək silahdan da yan keçə bilmərəm. Burada da böyük işlər görülür».
Xəbər verildiyi kimi, artıq yayın sonuna Rusiyada «Sirkon» hipersəs raketinin sualtı qayıqlarda sınağı başa çatacaq. Sınaqlar planlı rejimdə keçir və başa çatmaq üzrədir. Hərbi sənaye qarşısında yaxın perspektivdə seriyalı istehsala çıxmaq tapşırığı qoyulub. Raket unifikasiya ediləcək və suüstü gəmilərdə də tətbiq olunacaq. Belə ki, onlar üçün universal atış qurğusundan istifadə ediləcək.
AzPolitika.info


Şərhlər
.....shoyqunun robotlari , Rusiyada , meydanlara chixsa , 400 000 nefer Rosqvardiyanin herbichilerini , polisleri ve OMON - u salamat buraxmaz , hamisinin qollarini , ayaqlarini sindirar .
Yalandır. Döyüşən robot rus zəkası üçün deyil. Bütün bunlar TÜRK İHA-ları qarşısında sayıqlamadır. Xəyaldır. Rusiya böyük görünən içi boş bir balondur.
Urusun robotlarına 100 qram süzməsən çətin döyüşə gedərlər.
Rusiya robot məmurlar düzəltsə daha yaxşı olar... Azından rüşvət almazlar və "ayıq" olarlar
Cəfəngiyyat... əvvəla desin görüm bu robotlardan 100 mini belə Şuşanı ala bilərdi?.. Sonrası rusun belə demək olarsa, adamı "vurmasa" döyüşə bilmir, robotu nə qələt edəcək- uzağı dayanmadan söyüş söyə bilər...
YALAN DANIWANIN ATABATASINA LEHNET,zaxarin ali bow komandani kijilmijildaw
Robotların hərəkətini pozmaq üçün uzaqdan elektromaqnit dalğaları buraxmaq kifayətdir.
Robotlar insanı əvəz edə bilməyəcək.Qorxaq rus əsgərləri sonda öz robotlarının qurbanına çevriləcəklər.