Menu

Bakıda dəhşətli tıxacın səbəbi açıqlandı - Bakı Nəqliyyat Agentliyi hansı qurumu ittiham edir?

25.05.2021, 16:06
Bakıda dəhşətli tıxacın səbəbi açıqlandı - Bakı Nəqliyyat Agentliyi hansı qurumu ittiham edir?

Bu gün səhər tezdən paytaxın əsas küçə və prospektlərində uzun tıxaclar yaranıb. İctimai nəqliyyatın fəaliyyəti iflic olub, avtomobillər saatlarla yollarda hərəkətsiz vəziyyətdə qalıb.

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev tıxacların səbəbi ilə bağlı bildirib ki, Neftçilər prospekti ilə Əziz Əliyev küçəsinin kəsişməsində Bakı Nəqliyyat Agentliyinə əvvəlcədən məlumat verilmədən dəyişiklik edilib. 

"Belə ki, Ə.Əliyev küçəsindən gələn nəqliyyat vasitələrinin Neftçilər prospekti-Dəniz vağzalı istiqamətində geriyə dönmə yeri bağlanıb. “Azneft” dairəsi istiqamətində isə yol daraldılıb. Nəticədə qeyd olunan hissədə «butulka effekti» yaranıb", -deyə Ağayev vurğulayıb.

M. Ağayevin sözlərinə görə, bu səbəbdən də səhər saatlarından Neftçilər prospekti, Z.Əliyeva, Ü.Hacıbəyov, Y.Səfər, A.Cəlillov, eləcə də digər mərkəzi küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkətində ciddi çətinliklər yaranıb: "Bir daha bildiririk ki, paytaxt ərazisində nəqliyyat vasitələrinin hərəkətində hər hansı bir dəyişiklik planlı və Bakı Nəqliyyat Agentliyi ilə razılaşdırılmaqla həyata keçirilməlidir. Müvafiq razılaşdırma və koordinasiyasız olunan dəyişiklik bu cür xoşagəlməz nəticələrə səbəb olur. Bu isə hərəkət iştirakçılarının, xüsusən də ictimai nəqliyyat istifadəçilərinin lüzumsuz yerə tıxacda qalaraq vaxt itirməsi deməkdir".

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol