Menu

“Roscosmos” NASA rəhbərini danışıqlar aparmaq məqsədilə Rusiyaya dəvət edib

26.05.2021, 09:57
“Roscosmos” NASA rəhbərini danışıqlar aparmaq məqsədilə Rusiyaya dəvət edib

“Roscosmos” dövlət korporasiyası ABŞ Milli Aerokosmik Agentliyin (NASA) rəhbəri Bill Nelsonu danışıqlar aparmaq məqsədilə Rusiyaya dəvət edib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə korporasiyanın rəhbəri Dmitri Roqozin “Twitter” hesabında yazıb.

NASA rəhbəri ilə görüşdən məmnun qalacağını qeyd edən Roqozin bildirib ki, danışıqlar zamanı kosmosdakı əməkdaşlığın bütün məsələlərini açıq və konstruktiv şəkildə müzakirə edəcəklər.

Qeyd edək ki, ABŞ Konqresinin Senatı bu ilin aprel ayının sonunda Bill Nelsonun NASA rəhbəri vəzifəsinə namizədliyini yekdilliklə təsdiqləyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol