Menu

"ERMƏNİSTAN ATƏŞKƏSİ POZUB" - Müdafiə Nazirliyi məlumat yaydı

26.05.2021, 13:09
"ERMƏNİSTAN ATƏŞKƏSİ POZUB" - Müdafiə Nazirliyi məlumat yaydı

Mayın 24-dən 26-dək Azərbaycan Ordusunun Kəlbəcər və Gədəbəy rayonlarında yerləşən mövqeləri Ermənistan Respublikasının Geqarkunik vilayəti ərazisindəki düşmən mövqelərindən fasilələrlə atıcı silahlardan atəşə tutulub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Eyni zamanda Ermənistan tərəfi təxribat məqsədilə Şuşa şəhəri ətrafında yerləşən postlarımız istiqamətində avtomat silahlardan havaya atəş açıb.

Cavab atəşi açılmayıb. İtki yoxdur.

Şərhlər

t.ədalət 2021-05-26 14:41:58

Fikir verirsinizmi,Şoyqunun ermənistana zəngindən sonra mövqelərimiz atəşə tutuldu.

t.ədalət 2021-05-26 14:38:42

Putin quyruğunu belinə qaldırdı."Atəşkəs" deyilən razılaşma bundan sonra tez-tez pozulacaq...

Xalq 2021-05-26 14:00:18

karapet yenə köhnə əməllərinə başladı! Deməli dərs ona hələ yaxşı təsir etməyib.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol