Menu

Azərbaycanda əhalinin 12 %-i vaksinasiya olunub

27.05.2021, 09:37
Azərbaycanda əhalinin 12 %-i vaksinasiya olunub

Azərbaycanda koronavirus əleyhinə vaksinasiya ilə bağlı yeni statistika açıqlanıb.

“Report” xəbər verir ki, indiyədək ölkə əhalisinin 12 %-i peyvənd olunub.

Əhalinin 88 %-i isə hələ vaksinasiyadan keçməyib.

Qeyd edək ki, Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 2 055 986, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1 184 780, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı isə871 206 nəfər təşkil edir.

Xatırladaq ki, Azərbaycanda yanvar ayının 18-dən əhalinin COVID-19 əleyhinə vaksinasiyasına başlanılıb. Peyvəndləmə könüllü və dövlət hesabınadır. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, iyulun 1-dən etibarən COVID-19 pasportu və ya COVID-19-a qarşı immunitet sertifikatı tələbi müəyyən edilən iş və xidmət sahələrinin işçilərinin ən azı 80 faizinin belə pasporta və ya sertifikata malik olması tələb olunacaq.

Şərhlər

esger 2021-05-27 10:27:58

Azərbaycanda əhalinin 12 %-i vaksinasiya olunub -bu faizın hesablamasında boyük səhvə yol verilir. 1) əgər ikinci mərhələ - ikinci iynənin vurulması nəzərdə tutursa yəni Tam vaksinasiya keçən 871 206 nəfər təşkil edir. Bu da 10 mln əhalinin 8,71 % təşkil edir. 2) 2 055 986 yox, 1 184 780 rəqəm bu günə kimi vurulan peyvəndin sayıdır. Bir nəfər 2 iynə vurulur.Vaksinasiyanı tam alan bir nəfəri- iki nəfər kimi sayırlar.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol