ERMƏNİLƏRİN MATƏM KİMİ KEÇƏN BAYRAMLARI – Paşinyan Qarabağ separatçılarını dəvət etməyib

Ermənistanda 28 may Respublika Günü qeyd edilir. Uzun illərdən bəri ilk dəfə ermənilər bu günü məlum səbəblərdən bayram deyil, daha çox matəm kimi keçirirlər.

“AzPolitika.info” Ermənistan mətbuatına istinadla xəbər verir ki, ölkə Prezidenti Armen Sarkisyan, Baş nazir Nikol Paşinyan, eləcə də Serj Sarqsyan və Robert Koçaryan ermənilərə bayramla bağlı təbrik müraciətləri ediblər. Ancaq bu müraciət mətnləri nə qədər pafosla dolu olsa da, hər birində son acı məğlubiyyətin izləri yer alıb və onlar daha çox təbrik deyil, başsağlığını xatırladıblar.

Əsasən ermənilərin 1918-1920-ci illərdəki “qəhrəmanlıqları”ndan söz açılan təbriklərdə hazırda Ermənistan dövlətçiliyinin, ümumilikdə dünya erməniliyinin ən ağır günlərini yaşadığı qeyd olunub.

Builki bayramı əvvəlkilərdən fərqləndirən daha bir cəhət var. 1990-cı illərdən bu yana ilk dəfədir ki, bayram tədbirlərinə Qarabağdakı separatçıların nümayəndələri dəvət olunmayıb. Məşhur separatçılardan biri, general Arşavir Karamyan sosial şəbəkədə bununla bağlı paylaşım edib. O, “təlxək” adlandırdığı Nikol Paşinyan hakimiyyətini Qarabğdakı separatçıları qəsdən bayram tədbirlərinə dəvət etməməkdə günahlandırıb və bildirib ki, bu mənzərə Ermənistan müstəqillik qazanandan sonra ilk dəfədir müşahidə olunur. Separatçı iddia edib ki, Paşinyanın bu addımı “Qarabağın suverenliyinə qarşı” yönəlib.

Cəlal

“AzPolitika.info”

635x100

Şərhlər

Eli 2021-05-28 23:09:17

Bunlar o qeder bedniyyet bir toplumdur ki ,tarix boyu pis emel ve niyyeylerinin altını çekibler bunlar ne qeder ki bele qudurub yan yörelerini qapacaqlar bundan fa bedbext günler nesibleri olacaq.

Son yazılar