Menu

Amerikalı həmsədr anasını itirdi

20.10.2014, 17:58
Amerikalı həmsədr anasını itirdi

“Bütün qəlbimlə sizə çox sağ olun deyirəm”.

Oktyabr ayının 15-də Azərbaycan respublikasını prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədri İqor Popovla (Rusiya), Pyer Andryu (Fransa), ATƏT-in sədrinin şəxsi nümayəndəsi Anji Kaspişklə və amerikalı həmsədrin köməkçisi Devid Salvo ilə görüşüb.

Xəbər veridliyi kimi, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik şəxsi səbəblərdən görşdə iştirak edə bilməyib, bu barədə ABŞ-ın ölkəmizdəki səfirliyində bildiriblər.

İndi onun görüşdə iştirak edə bilməməsini səbəbi açıqlanıb, amerikalə diplomatın anası vəfat edib. Oxu.az xəbər verir ki, bu barədə Ceyms Uorlik özü Tvitter-də yazıb:

“Mən anamın vəfatı ilə əlaqədar başsağlığı və dərdimə şərik olmanız üçün təşəkkür edirəm. Bütün qəlbimlə sizə çox sağ olun deyirəm”, - Uorlik yazıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol