Menu

Arvadını öldürən hakimin vəkilindən açıqlama - "Ehtiyatsızlıqdan baş verib..."

31.05.2021, 12:15
Arvadını öldürən hakimin vəkilindən açıqlama - "Ehtiyatsızlıqdan baş verib..."

Dünən gecə saatlarında arvadını güllələyərək öldürən hakim Fəqan Əhmədovun vəkili hadisə ilə bağlı açıqlama verib.

Vəkil Ceyhun Yusifov “AzPolitika.info”ya bildirib ki, F.Əhmədov arvadı Pərvanə Əhmədovanı qəsdən öldürməyib: “Hadisə məhz ehtiyatsızlıqdan baş verib. Bununla bağlı istintaq getdiyi üçün geniş açıqlama verə bilmərik”.

İddia olunur ki, F.Əhmədov yeni bağ evi tikdirib və qətlin baş verdiyi həmin evə yeni köçüblərmiş. 

Dünən axşam saatlarında da evində məclis keçirən Fəqan Əhmədov spirtli içki qəbul edib. Hadisə baş verərkən hakimin içkili olduğu iddia edilir.

Rəsmi məlumata görə, F.Əhmədov arvadını qəsdən öldürdüyü üçün Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, 1976-cı il təvəllüdlü Fəqan Rövşən oğlu Əhmədov 2016-cı ildən Sabunçu Rayon Məhkəməsinin hakimidir. Cütlüyün 3 övladı var.

Şərhlər

Niyaməddin 2021-05-31 18:12:43

Alma məzlumun ahını, çıxar ahəstə, ahəstə.

t.ədalət 2021-05-31 13:31:02

Pulu var deyə istintaq işi "ehtiyatsızlıqdan" maddəsi ilə sonuclamağa çalışır.Ehtiyatsızlıq edibsə,onda niyə özünü yox,arvadını öldürüb?

RT 2021-05-31 12:36:18

Qudurub ((( vaksini vurulmayib ,,,,

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol