“ELM-KİTAB-MÜƏLLİM ÜÇBUCAĞI” - Tanınmış iqtisadçının yeni kitabı nəşr olundu

Tanınmıış iqtisadçı Məmməd Talıblının  “ELM-KİTAB-MÜƏLLİM ÜÇBUCAĞI”  adlı yeni kitabı nəşr olunub. Kitab əsasən elmin gücü, kitabın önəmi və müasir müəllim obrazı ilə bağlıdır. 

Kitabda A.Eynşteynlə İsrailin ilk baş naziri olmuş Ben Qurionun möhtəşəm dialoqu, Böyük İsgəndərin atası II Filippinin Aristoteldən nə qədər ucada durmasını ifadə etməsi, nobelçi Aziz Sancarın milli kimliyini ifadə edən baxışları, Eynşteynin xoşbəxtlik reseptinin mahiyyəti, Tesla-Edison rəqabəti fonunda Lütfüzadə-Rafiq Əliyev əməkdaşlığının avantajları, Qriqori Petrovun “İdeal müəllim”indəki professor Raçinskinin kəndə qayıdışının anlaşılmazlığı, Napoleon Bonapartın müəlliminin gəlişini – “Fransa gəlir” əmri və s. tarixi ekskursiya epizodları yer alıb.

Kitab 375 səhifə olmaqla 3 fəsildən ibarətdir.

I Fəsil “Elmi elitamız və potensialımız”  adlıanır. Bu fəsildə çağdaş elmi elitamızın necə formalaşması, Azad Mirzəcanzadənin azad ruhu, dil bilməyin dəb, yoxsa dəyər olması, Norveçin nefti və nobel mükafatı arasındakı əlaqənin mövcudluğu, pafossuz ziyalı gücünün təsiri, dünyada elmə artan maraq fonunda bizdə elmə azalan qayğının narahatlıq yaradan tərəfləri, bizim cəmiyyətdə intelektual və ziyalıları fərqləndirən əsas əlamətlər və s. mövzular əhatə edilir.

II fəsildə “Kitabların gücü və kitabxananın önəmi”nə xüsusi vurğu salınır. Kitab yandırmaqdan daha təhlükəli olan ruh öldürməyin olduğu, qısa zamanımızı oxu intizamı yaratmaq üçün "təkərli kitabxananın" üzərinə necə keçirməli, kitab oxuma tələbatını necə yaratmalı, kitab vasitəsilə “ölmüş” vaxtı necə diriltməli, kitabın hipnozetmə təsirləri, rəhbərlərin kitab sevdası və s. mövzulara toxunulub.

III fəsildə “Müasir müəllim obrazı və universitetlərimiz”  adlanır və əsasən müəllimlərin məsuliyyət anlayışına diqqət çəkilir, onun seyrçiliyini Kevin Karter və Tomas Edisonla müqayisəsi, Azərbaycanda müəllimin dəyəri və onun əməyinə verilən qiymət, təhsilimizin bu günü ilə iqtisadiyyatımızın sabahı arasında əlaqə, tarixi kontekstdə rəhbərlərin müəllimə rəğbətləri və çağdaş dövrdə dövlət başçılarının müəllimə münasibətlərininin paralellərinə həsr olunur.

Kitaba ön sözü 50-dən çox kitab müəllifi, fəlsəfə araşdırmaçısı Əlisa Nicat yazıb. Kitabı əldə etmək üçün aşağıdakı ünvanlara müraciət etmək mümkündür.

ÜNVANLAR:

"Kitabevim", 28 may m\s, sol tərəfdə 200 m

Online (ölkə xaricinə, daxilinə) çatdırılma, "Papillon" kitab evi:

Tariyel (077) 387-15-19

"AzərKitab", rəhmətlik "Lider"nin arxasında parkla üz-üzə

"İnşaatçılar" m\s çıxışı, Fuad, (051) 420-20-20

"Nərimanov" m\s, Abbas (050) 246-61-15

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar