Rusiyada Marat Kabayevin 60 illik yubileyi və 1 iyun uşaqların müdafiəsi günü ilə əlaqədar turnir keçirilib.
"AzPolitika" xəbər verir ki, turniri azərbaycanlı iş adamı Tofiq Məhərrəmov və Hüseyn Qazıyev təşkil edib.
Turnir Moskvada “Salyut-Geraklion” stadionunda keçirilib. Fəxri qonaqlar arasında “Qəbələ”nin sabiq baş məşqçisi Yuri Syomin də olub. Vaxtilə Syomini Azərbaycana gətirmiş futbol meneceri Firaiz Əliyev də turnirə dəvət olunub.
Saytımıza açıqlama verən Firaiz Əliyev turnirin çox yüksək səviyyədə təşkil olunduğunu və böyük marağa səbəb olduğunu bildirib.
Qeyd edək ki, sabiq futbolçu və məşqçi olan Marat Kabayev, olimpiya, dünya və avropa çempionatlarının qalibi olmuş Alina Kabayevanın atasıdır.





Şərhlər
Putinin qaynatası ? belə işləri ancaq bizimkilər « bacarır»