Menu

EMMANUEL MAKRON AZƏRBAYCAN PREZİDENTİNƏ MƏKTUB YAZDI - İndi nə istəyir?

03.06.2021, 11:10
EMMANUEL MAKRON AZƏRBAYCAN PREZİDENTİNƏ MƏKTUB YAZDI - İndi nə istəyir?

Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir:

"Cənab Prezident.

Azərbaycanın milli bayramı münasibətilə Sizə və eləcə də bütün Azərbaycan xalqına ən səmimi təbriklərimi, sülh, firavanlıq və tərəqqi arzularımı ünvanlayıram.

Ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının otuzuncu ildönümü yaxınlaşdıqca möhkəm və uzun müddət davam edən ikitərəfli münasibətlərimiz xeyli gücləndi. Cari il yanvarın 14-də son telefon danışığımız zamanı ikitərəfli münasibətlərimizə yeni bir nəfəs vermək istədik. Məhz eyni açıqlıq və səmimi ruhda cari il yanvarın 25-də Bakıya səfər etmiş Dövlət katibi Jan-Batist Lömuanı qəbul etdiniz.

Dağlıq Qarabağda ölümcül döyüşlərə son qoyan 2020-ci il 9 noyabr tarixli üçtərəfli Bəyanatdan altı ay sonra yerlərdə davamlı sülhə şərait yaratmaq üçün dərin işləri davam etdirmək lazımdır. Bu, xüsusilə Ermənistan və Azərbaycan arasındakı sərhədin sülh yolu ilə delimitasiyasını və hərbi əsirlərin öz yaxınlarına qovuşa bilmələrini nəzərdə tutur. Bölgənin bütün irsinin müxtəlifliyi ilə qorunması da vacibdir. Bu baxımdan, UNESCO-nun təklif etdiyi missiyanın təşkilini asanlaşdırmağınızı tövsiyə edirəm.

İkitərəfli münasibətlərimizin keyfiyyətinə şəxsi bağlılığınızı bilirəm. Sizinlə bunu bölüşür və arzu edirəm ki, birlikdə, xüsusən iqtisadiyyat, mədəniyyət və təhsil sahələrində böyük inkişaf potensialından istifadə edə bilək. Azərbaycan-Fransız Universitetinin timsalında və ya son dövrlərdə müsbət inkişaf əldə edən Fransa İnkişaf Agentliyi ilə ikitərəfli layihələrimiz dostluğumuzu gündəlik möhkəmləndirməyə və gələcəyə inamla baxmağa imkan verən nailiyyətlərdir. Biz bu ambisiyanı davam etdirməliyik.

Sonda Sizi əmin edirəm ki, Fransa himayəsi altında yüksək səviyyəli bir dialoq qurmaq üçün Minsk qrupunun həmsədri kimi bütün öhdəliklərini davam etdirəcək və ölkənizlə Ermənistan arasında ədalətli, davamlı sülh və ortaq rifah mənbəyi əldə edilə bilər.

Cənab Prezident, Sizə olan yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Şərhlər

esgerƏ 2021-06-03 21:35:29

A Bu günə qədər bircə ABŞlı C.Uorlik deyib ki, təxirə salmadan bütün azərbaycanlıları Qarabağa öz yurd-yuvasına haqq-hüququna qaytarmaq gərəkdir! Digər heç kəs hələ də BMT TŞnın bu qəti qərarını daim tələb və iddia etməyib? B Münaqişəni xarici təxribatçılarla Dağlıq Qarabağ millətçiləri ilə başlayıb? C Ora hələlik tam tərksilah da edilməyib və Azərbaycana da təslim edilməyib?

Musyo .....makrona 2021-06-03 18:25:11

Musyo ..........makron , MURDAR BURNUNU SOXMA , Azerbaycanin DAXILI ISHLERINE . Azerbaycanin DOVLET BUDCESINDEN PUL VERILMEYECEK ATƏT - in Minsk Qrupu hemsedrlerinin " fealiyyet budcesine ", Azerbaycandan MALIYYE YARDIMI OLMAYACAQ sizin " hemsedrler fondu "- na , anladinizmi ??????? Fransada yashayan ermenilere , bir VILAYET - REQION VERIN ve STATUSUNU ELAN EDIN , MUSTEQIL , HAYES - FRANSE ARTSAXE , bundan sonra , QEMISHINIZI CHEKIN Azerbaycandan , Sirtiqliqinizi , heyasizliqinizi , 1000 uzlu olduqunuzu, yalanchi olduqunuzu , bohtanchi olduqunuzu , Azerbaycan XALQI DEQIQ BILIR , musyo........makron , " cici - baci " munasibetdesen ........putin ile , bilirik bu barede , hetta , Iran ermenilerine de telimatlar verirsiniz Fransadan , dostunuz xomeyni rejimi , herterefli komeklik gosterir Ermenistana ve Daqliq Qarabaqdaki ermeni herbi separatchi qoshunlarina , genish melumatimiz var, KOSMOSDAN gorunur hetta hereket eden qarishqalar ......., anladinmi , musyo .......makron ??????

Vuqar 2021-06-03 17:07:54

Onun-Azerbaycana -unvanladigi- mektuba-cox-gozel-cavab-verilmelidi!-Ona-catdirilmalidi- ki-bu-cur-terefkeslik-etmekle-siz-nece- MINSK-qrupunda- yer-ala-bilirsiniz-bunu -izah-etsin,diger-terefden- Pasinyani-basa-salsin-ki-serhedler-ermeni- erazisi-deyil-diger-terefdende- sohbet-irsin-qorunub-saxlanmasindandan -gedirse- bir-AGDAMA- buyursun!

OXUCU 2021-06-03 16:44:49

Makron get işinlə məşğul ol.

semed 2021-06-03 15:06:27

cenab PREZIDENT status meselesine aydinliq getirib gorbagor oldu status cehenneme getdi status

Müəllim 2021-06-03 14:25:15

Möhtərəm İlham Heydəroğlu demişkən status kvo gorbagor olub Makronla birgə

Xalq 2021-06-03 13:57:34

makaron bizi təhdid edir! Görəsən bizə o neyləyə bilər? Bu suala cavab istəyərdim.

esger 2021-06-03 12:37:30

Fransanın 30-ilin hərəkətsizliyi indi Makaryan vasitəçilik adlandırır, Qarabagı biz qaytarmışıq Sizin burada nə rolunuz var, Ermənistanla hansı ədalətli münsibətlərdən söz gedə bilər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol