BMT-nin Monitorinq Qrupunun son hesabatında Taliban və Əl-Qaidə arasında sıx əlaqənin davam etdiyi, heç bir dəyişiklik olmadığı iddia edilir.
18 üzv dövlətin birgə hesabatında bildirilir ki, evlilik və ümumi münasibətlər nəticəsində daha da dərinləşən bu əlaqələrdə ciddi bir dəyişiklik yoxdur, bu, indi ikinci nəsil əlaqələri ilə möhkəmlənib.
“Tolo News”-un verdiyi xəbərə görə, Tramp administrasiyası ilə Taliban arasında keçən il imzalanan razılaşmanın bir hissəsi olaraq qruplaşma, öz üzvlərinə "qruplarla və ya ayrı-ayrı insanlarla əməkdaşlıq etməməyi" tapşıracağına söz verib: “Doha Razılaşması Taliban və Əl-Qaidə arasındakı uzunmüddətli əlaqələrin pozulmasına ümid bəsləsə də, razılaşmanın açıq mətni ictimaiyyətə təqdim edilmir və əlavələri gizli qalır”.
BMT üzv dövlətlərdən birinin məlumatlarına görə, “Əl-Qaidə, əsasən şərq, cənub və cənub-şərq bölgələrində ən azı 15 Əfqanıstan əyalətində yaşayır və Şeyx Mahmudun rəhbərliyi ilə Əl-Qaidənin Cəbhat-ən-Nəsr qanadı tərəfindən idarə olunur. Qrupun 19 üzvü, potensial təsir və hücumların qarşısını almaq üçün Taliban tərəfindən daha uzaq bölgələrə köçürülüb.
Hesabatda bildirilir ki, “Əl-Qaidə Talibanla təmasını davam etdirir, amma Doha razılaşması qarşısında Talibanın diplomatik mövqeyini təhlükə altına salmamaq üçün Taliban rəhbərliyi ilə açıq əlaqələri minimuma endirib. Hesabatda Əl-Qaidə rəhbərliyinin əhəmiyyətli bir hissəsinin Əfqanıstan və Pakistan sərhəd bölgəsində yerləşdiyi və Hindistan yarımadasındakı Əl Qaidə ilə sıx əməkdaşlıq etdiyi bildirilir.
BMT-nin hesabatına görə, 2020-ci il, Əfqanıstanda Birləşmiş Millətlər Təşkilatı tərəfindən indiyə qədər qeydə alınan ən qəddar il olub. Hesabatda 2021-ci ilin ilk üç ayında təhlükəsizlik hadisələrinin 2020-ci ilin eyni dövrünə nisbətən 60 faizdən çox artdığı deyilir.
L.SƏMLA


Şərhlər