“BU ƏXLAQSIZ TİPƏ 24 SAAT VAXT VERİRƏM!” – “Sən kimsən ki, Rusiya Prezidentini aeroportda qarşılamırsan?!”

“Sən kimsən ki, (Paşinyanı nəzərdə tutur) Rusiya Prezidentini hava limanında qarşılamırsan? Şəxsiyyətindən asılı olmayaraq, Putin, Medvedev, Yeltsin ... Kimsən ki, belə hörmətsizlik göstərirsən?!"

“AzPolitika.info” xəbər verir ki, bunu Ermənistanın Respublika Partiyasının sədri, ölkənin üçüncü Prezidenti Serj Sarqsyan Baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın açıqlamalarını şərh edərkən söyləyib.

“Bu əxlaqsız tipə 24 saat vaxt verirəm - ya faktları təqdim etsin, ya da özü və ailəsi haqqında cəmiyyətin üzünə tüpürəcəyi həqiqətləri yayımlayacağam”, - Sarsyan şantaj dilində danışıb.

“İllərdir yalan məlumatlar yayırlar. Prezident olduğumu nəzərə alaraq reaksiya verməyə ehtiyac görmədim. Ancaq o (Nikol Paşinyan - red.) boş-boş danışır. Hər zaman "əgər" istifadə etdiyini gördük. Bu əxlaqi canavara 24 saat vaxt verirəm: ya o, faktları təqdim edəcək, ya da onun özü haqqında, ailəsi ilə bağlı cəmiyyətin üzünə tüpürəcəyi faktları dərc edəcəyəm”- deyə Sarqsyan açıqlamasında bildirib.

Sabiq Prezident qeyd edib ki, Milli Təhlükəsizlik Xidməti üç ildir Paşinyana tabedir. “Anlamadan cəfəngiyyat danışır. Badendə bir casino 19-cu əsrdən bəri mövcuddur, lakin kazinolardan daha çox muzeylər var. Nəinki dostlarım, hətta yüzlərlə insan daim kazino küçəsindən keçdiyimi təsdiq edə bilər. “Baden” özü bir sənət qurumu, mədəniyyət və sənət inciləri ilə tanış ola biləcəyiniz bir mədəniyyət şəhəridir. Monakoya gəlincə, son 15 ildə orada olmadım, yoxlamaq asandır, qoy yoxlasınlar... Yenə də onlara 24 saat vaxt verirəm.” 

Xatırladaq ki, Sarqsyanı dövlətin külli miqdarda vəsaitlərini havaya sovurmaqda, mənimsəməkdə ittiham edən Paşinyan, hətta bu pulların kazinolarda xərcləndiyinə də eyham vurmuşdu: “Əsgərlərdən oğurlanan milyonları Monte-Karlodakı kazinoda uduzsaydın, özünü güllələyərdinmi?...”

Güntəkin

“AzPolitika.info”

635x100

Şərhlər

vidadi goyce 2021-06-10 13:49:32

умбицил и олигофрен,собачка ивана кузмича,нужно читать о туман йейана,он написал вот что,наше несчастьный народ никогда не был свободным,а

Əyyar 2021-06-09 17:27:07

Bu əvvəl belə hürməzdi. Yəqin Moskvadan nəsə tula payı gələcək...

Niyaməddin 2021-06-09 17:25:07

Sarkisyan, türkün şilləsi çənəni qıracaq, çox az qaldı, lənətlənmiş Rusiyanın lənətlənmiş köpəkləri.

Eli 2021-06-09 15:00:26

Bu herif Sarkisyanın medeniyyetden ,senet incilerinden başı çıxır demeli onda kazino da medeniyyet merkezinde olan medeni obyektlerden biridir ki prezidentler nazirler milyonçular meşhurlar pul udub uduzmaqla @kübar” istirahet edirler.

zaur 2021-06-09 11:51:05

Rusun tulası.Əcəb edib qarşılamayıb.Bununla rusa girmək istəyirsən.Gərək Səni də tutub basaydılar içəri

Son yazılar