SABİQ REKTORA QARŞI 800 MİNLİK İDDİA TƏMİN EDİLDİ - Akademikin daha bir əməli ortaya çıxdı

Abel Məhərrəmov villalarında, restoranlarında, bağında işlətdiyi ustaların pullarını vermir

Bakı Dövlət Universitetinin sabiq rektoru, AMEA üzvü Abel Məhərrəmovdan pul iddiasına qarşı məhkəmə işi üzrə qərar elan olunub. Qərara görə, BDU-nun sabiq rektoru 800 min manatdan artıq vəsaiti ödəməli olacaq.

Gununsesi.info məhkəmə sənədlərinə istinadən xəbər verir ki, Yasamal Rayon Məhkəməsində İsimxan Mirzəyev və bir neçə nəfərin iddiası üzrə keçirilən məhkəmədə Abel Məhərrəmovun işlətdiyi usta və fəhlələrin pullarını vermədiyi üzə çıxmışdı.

Belə ki, Bakı şəhəri, Süleyman Dadaşov küçəsindəki 4-mərtəbəli villa inşa etdirən Abel Məhərrəmov müqaviləyə əsasən 71 ədəd pilləkənin hazırlanması və quraşdırılmasına görə 21300 (iyirmi min üç yüz) manat (bir ədədi 300 manatdan), mansardın quraşdırılmasına görə 15000 (on beş min) manat; qapıların hazırlanması və quraşdırılmasına görə dəyəri 20000 (iyirmi min) manat, şəbəkənin (reşyotkanın) hazırlanması və quraşdırılmasına görə dəyəri 15000 (on beş min) manat; istilik sisteminin qarşısındakı alkovun (besedkanın) hazırlanması və quraşdırılmasına görə 10000 (on min) manat, sahəsi 30 kv.m olan barın quraşdırılmasına görə 9000 (doqquz min) manat (metri 300 manatdan), ümumi dəyəri 90300 (doxsan min üç yüz) manat olan işlərə görə ödməli olduğu vəsaiti ödəməyib.

Bundan başqa rektor özünəməxsus“Mona Liza” şadlıq sarayında bar, mebel və s. işlər gördürüb. Buna görə də hesablanmış 70000 (yetmiş min) manatdan cəmi 25 min ödəyib.

Abel Məhərrəov, həmçinin Mərdəkan qəsəbəsindəki bağ evində sahəsi 44 kv. m olan kitab mebeli, mətbəx mebeli də indiyə kimi ödəniş etməyib.

Sabiq rektor daha sonra Bakı şəhəri, Şərifzadə küçəsindəki “Qlobus” bağçasında materialı ustalardan olmaqla ümumi dəyəri 80000 (səksən min) manat olan işlər gördürüb.

Burada qapıların, mebelin yığılması, çarpayıların və s. Hazırlanmasına görə yalnız alınmış materialın pulu – 15000 manat ödənilib. Yerdə qalan 65000 (altmış beş min) manat ödənilməyib.

Abel Məhərrəmov ona etibar edən usta briqadasına Nabranda da “atıb”.

Belə ki, Xaçmaz rayonunun Nabran qəsəbəsinin Seyidli ərazisində “El Faro” Ailəvi İstirahət və Əyləncə Mərkəzində ümumi dəyəri 15000 (on beş min) manat olan (bir ədədi 50 manatdan) 300 ədəd qapının quraşdırılması; 4000 kv.m sahədə ümumi dəyəri 160000 (yüz altmış min) manat olan (kvadrat metri 40 manatdan) üzləmə işlərinin icrası; mebellərin yığılması üzrə ümumi dəyəri 20000 (iyirmi min) manat; barların yığılması üzrə ümumi dəyəri 15000 (on beş min) manat olan işlərin icrasına görə, ödəməli olduğu 210000 (iki yüz on min) manat əvəzinə 40 ayda cəmi 24000 manat (yemək pulu) verib. Rektor bu günə kimi isə 186000 (bir yüz səksən altı min) manat ödəməyib.

Beləliklə, bir neçə epizod üzrə Abel Məhərrəmova qarşı 800 min manatdan artıq pul iddiası irəli sürülüb.

Dünən keçirilən məhkəmədə iddia təmin olunub.

635x100

Şərhlər

Əlpaşa 2021-06-11 09:31:14

Abel DD

Teklif verənə 2021-06-10 22:38:43

Yaxşı təklifdir.Ancaq bunu yerinə yetirmək istəyənə ehtiyac duyulur.l

teklif 2021-06-10 19:53:03

abelin , min firildaq ile sahib olduqu var - dovleti , pullari , MUSADIRE OLUNSUN ve DOVLET BUDCESINE KECHIRILSIN , bu .........abeli ise , Bakinin MERKEZI M-EYDANINDA , XALQIN QARSHISYAINDA , DIRI - DIRI YANDIRILSIN ve IBRET DERSI OLSUN , bunu kimi oqru - firildaqchilara .

Aborigen 2021-06-10 15:59:23

Ya Rəbb! Keç bizim günahımızdan!! Uşaqlarına çörək aparmaq üçün oğurluq edən şəxsi linç eləməyə hazır olan biz, belələrini bütə çevirib sitayiş etmişik. Ey Böyük Tanrı! Bizdən sonrakıları bizim günahlarımızla mühakimə eləmə!!!

Roma 2021-06-10 14:47:30

Cəlal Bayramova: Sizinlə tam razıyam, bu qədər var-dövlət, korrupsiya, rüşvət və s. ortalıqda olsa da uzağı vəzifəsin itirir və ömrünün axırına kimi necə deyərlər xımı-xımı yeyir, nəvə-nəticəsinə də bəs edər. Ancaq tələbə qıx qiymət ala bilməməsini pulunun olmamasında qeyd edəndə qızı universitetdən azad etməsi ilə qorxudurdu...

Cəlal Bayramov 2021-06-10 11:28:26

cinayətlr üzə çıxdıqda belə onlar dəbdəbəli həaynt sürürlər.Bu dözülməz və bağışlanılmaz haldır

Roma 2021-06-10 08:13:24

Bu abel rektor yox çapıb talayan olub, elə bil hamısının əllərinə fürsət düşüb, kim çox qapazlayar. Dördmərtəbəli villa, "Mona Liza" sarayı, avtopark və s...adamın gözü doymur...mən bir daha deyirəm, bunların acgözlüyünün əsasını görməmişlik təşkil edir, el misalında deyildiyi kimi, "aftafa görməyən arxa, xoruldayar"...

Niyaməddin 2021-06-09 17:49:14

Gözlərindən gəlsin, qan qussunlar! Lənətə gələsiniz, rüşvətxor alçaqlar, şərəfsizlər.

mürdəşir 2021-06-09 13:56:48

geci tezi var... keçəcəksən qıl körpüsündən. Başını qoy öl də...

esger 2021-06-09 12:13:55

Acgöz rüşvətxor fəhlələrin çörəyini yedi haram olsun

Camaat 2021-06-09 12:10:54

...............Hələ harasıdır.Sizin kimiləri həbs gözləyir.

Son yazılar