Rumıniyanın paytaxtı Buxarestdə keçirilən "Superbet Chess Classic" turnirində Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov növbəti oyununu keçirib.
"Report"un məlumatına görə, 36 yaşlı qrossmeyster ABŞ-a köçən Ermənistan təmsilçisi Levon Aronyanla qarşılaşıb. Ağ fiqurlarla oynayan Məmmədyarov 40-cı gedişdə rəqibini məğlubiyyətə uğradıb.
Azərbaycanın digər şahmatçısı Teymur Rəcəbov qara fiqurlarla rumıniyalı Boqdan Daniel Dyakla heç-heçə edib - 0,5:0,5.
Bu nəticələrdən sonra Məmmədyarov xalını 4-ə çatdıraraq, rusiyalı Aleksandr Qrişukla birgə liderliyini davam etdirir. Rəcəbov isə 3 xalla 4-cü yerdə gedir.


Şərhlər
Uğurlar! Onlara dövlətimiz damazlıq Qariklə anası kimi xüsusi qulluq da etmir ki, axırda bir vətəndaş kimi öz ölkəsinə yox, işğalçıya tərəf danışmasın?
Yaşasın bizim şahmatçılar bu yetim Aroyanı qoyublsr oçerede o udur verir buna bı ydur verir ona.