Menu

Polşalı pastor katolik kilsəsini təhqir etdiyinə görə mühakimə olunub

12.06.2021, 08:23
Polşalı pastor katolik kilsəsini təhqir etdiyinə görə mühakimə olunub

Lyublin dairə məhkəməsi pastor Pavel Xoyetskini ictimai işlərə cəlb olunmaqla 8 aylıq azadlıqdan məhrum edib. Bu cəza keşişin internet-televizyası ilə tranlayasiya edilən təhqirlər silsiləsinə görə verilib.

Polşada dini sabitliyin pozulması üzrə məşhur olan «Yeni Zavet kilsəsi» təriqətinin əsasını qoymuş Xoyetski özünün 2016-2019-cu illərdəki videotəbliğatında həm Polşa prezidenti Anjey Dudanı, həm də katolik-polyakları təhqir edib. Məhkəmədə istintaq cinayət məsuliyyəti altına düşən frazaları oxuyub.

Belə ki, pastor Dudanın ünvanına «Prezident Moskvanın və ya Berlinin maraqlarının müdafiəçisidir», «O, yuxulu agentdir», «Sən - axırıncı axmaqsan» fikirlərini səsləndirib.

Polşa xalqı barədə isə pastor belə danışıb: «Katolik idiot Polşası», «Polyaklar - iyrəncdirlər!»

Katolik dini kontekstində digərləri il yanaşı, o, aşağadakıları deyib: «Katolik meymun kimi dua edir», «Keşişlər insanları məcbur edirlər ki, hasısa körpəyə dua etsinlər» və «Katolik kilsəsi - böyük fahişədir».

Bu hərəkətlərinə görə, məhkəmə Pavel Xoyetskini ictimai işlərə cəlb olunmaqla, 8 ay müddətinə azadlıqdan məhrum edib. O, həm də məhkəmə xərcləri kimi, qızılla 20 min ödəməlidir.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol