“ƏLİYEV BU AXMAĞI BARMAĞINA DOLADI...” – “O liftdəki görüşü xatırlayırsınız?”

Ermənistanda növbədənkənar seçki öncəsi siyasi qüvvələrin qarşılıqlı təhqir və təhdidləri havada uçuşur. Müxalifət yenə də hakimiyyəti əsas etibarilə 44 günlük müharibədəki biabırçı məğlubiyyət üzərindən “vurur”.

“AzPolitika.info” xəbər verir ki, sabiq prezident Serj Sarqsyan ötən gün təmsil olunduğu seçki blokunun keçirdiyi görüşdə yenə Nikol Paşinyanı sərt tənqid və təhqir edib.

Bu dəfə Sarqsyan Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyevə açıq-aşkar uduzduğunu və onunla mübarizə aparmaq iqtidarında olmadığını bildirib: “O liftdəki görüşü xatırlayırsınız? İlham Əliyev bu axmağı barmağına doladı və öz işini görməyə başladı”.

Sarqsyan deyib ki, Paşinyanın komandası lap əvvəldən ermənilərin arasında “Qarabağı verib, sülh içində yaşamaq” təbliğatını aparıb: “Onlar hakimiyyətə gələndən sonra bu tezis gücləndi”.

Sabiq prezident əlavə edib ki, Paşinyan hakimiyyətdə qaldıqca, Ermənistanın güclü ordusu və təhlükəsizliyi olmayacaq.

Cəlal

“AzPolitika.info”

635x100

Şərhlər

Eli 2021-06-13 19:03:10

Son illerin hadiseleri bir meseleni gündeme getirir:Qardaş Türkiyyenin apardığı ağıllı siyaset bir şeyi deyir:ne qeder ki,dünyada güclü türk dövletleri birliyi o cümleden müselman dövletleri birliyi mükemmel teşekkül tapmayıb işler çetin ola biler.Allah qoysa bu birlik tam yaranib dünya siyasetinde

Eli 2021-06-12 15:59:03

Bu çaqqal Serkisyana deyen lazımdır ki ay filan senin neçe millionermenin var ki ordu qurasan.Siz “qucaq” milletisinşz qucaq tapanda qudurursuz .Siz Qarabağ almısınız.Siz rusun qucağında özünüze yer edib onların ordusunun hesabına torpaqlarımuzı işğal etmisiniz kişliyinşz çatırdısa 2-cı Qarabağ müharibesinde ufardımuz da müharibeni .Müharibe vaxtı Rusiya da İran da,Fransa ve sair ölkeler Size maksimiium kömeklik etdiler ne oldu.Demir yumruq öz işini gördü çünki ,”Dalınızin “qoruyucularoı olan bu dövletler size açıq açığına kömek ede bilmezdiler niye?Ona göre ki dünyada bizi de müdafie eden qardaş ölkeler de meydanda idi .Meselenin meğzi budur

Son yazılar