MƏHƏRRƏMOVUN RESTORANININ ADMİNİSTRATORU HƏBS EDİLDİ - 20 şəxs cəzalandırıldı + VİDEO(Yenilənib)

Dünən Bakı Dövlət Universitetinin sabiq rektoru, keçmiş deputat Abel Məhərrəmova məxsus "Mona Liza" restoranında keçirilən toya görə şadlıq evinin administratoru Musa Balazadə məhkəmə qarşısına çıxarılıb.

"Qafqazinfo" xəbər verir ki, o, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 8 sutka inzibati qaydada həbs edilib.

Qeyd edək ki, sözügedən toyla bağlı restoranın müdiri Şəmsi Şıxıyev 4 min manat cərimələnib.

***

Xəbər verdiyimiz kimi, ötən gecə BDU-nun sabiq rektoru, AMEA-nın üzvü, akademik Abel Məhərrəmova məxsus “Mona Liza” restoranında bir gündə iki toy məclisi keçirilib. Keçirilən toy mərasimində Nazirlər Kabineti Yanında Operativ Qərargahın bütün qərar və qanunları kobud şəkildə pozulub.

Məsələ ilə bağlı açıqlama verən DİN-nin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bu barədə araşdırmanın başa çatdığını bildirib: “Araşdırma aparıldı. Nərimanov rayon polis idarəsinin əməkdaşları müəyyən edib ki, dünən axşam saat 19:00-dan 22:30-a kimi Mona Liza restoranında məhdud sayda toy mərasimi keçirilib. Adıçəkilən restoranın sahibi Şəmsi Şıxıyev və həmin sarayın inzibatçısı Balazadə Musa inzibati xətalar məcəlləsinin müvafiq maddəsi ilə barələrində protokol tərtib olub. Restoranın sahibi 4000 manat cərimələnib. Toyun təşkilatçıları və 20 nəfər barədə də qanunvericiliklə tədbir görülüb”.


***

Xəbər verdiyimiz kimi ötən gecə BDU-nun sabiq rektoru, AMEA-nın üzvü, akademik Abel Məhərrəmova məxsus “Mona-Liza” restoranında bir gündə iki toy məclisi keçirilib. Keçirilən toy mərasimində Nazirlər Kabineti Yanında Operativ Qərargahın bütün qərar və qanunları kobud şəkildə pozulub.

Məsələ ilə bağlı açıqlama verən DİN-nin mətbuat xidmətinin rəisi , polis polkovniki Ehsan Zahidov bu barədə araşdırma aparıldığını bildirib: “Yayılan görüntülər nəzarətə götürülüb. Hazırda fatla bağlı araşdırma aparılır, əgər adıçəkilən retoranda qanunsuz toy mərasiminin keçirilməsi faktı təsdiqini tapacaqsa, bununla bağlı ciddi tədbirlər görüləcək.”

635x100

Şərhlər

Roma 2021-06-13 18:01:45

Abel Dövlətdən də təzminat alacaq...gözü doymayan sonradan görən birisidir...

Xeqani 2021-06-13 14:41:21

Əsas adamyeyəni qoyursunuz bir qıraqda xırdaları cəzalandırįrsınız?????

Os 2021-06-13 11:29:53

Admnistratorun nə günahı var? Əsl günahkar obyekt sahibidir.Eşşəyə gücü çatmayıb palanı döyənə bənzəyir.ecü

Islam 2021-06-13 10:32:36

Hec bir şey elemiyeceyler. Abel mellim bilir neyleyir.

Ədalət 2021-06-13 08:17:48

Məhkəmə qərarını dəyişib. CƏRİMƏ LƏGV EDİLİB. ANALOQU OLMAYAN QUDALAR ÖLKƏSİ !

esger 2021-06-13 00:13:54

Qudurganlgın pik nöqtəsi bu tip insanlARIN FƏALİYYƏTİNDƏ NÖQTƏ QOYULMALIDIR

Eko 2021-06-12 21:15:53

Doquru deyirsiz , yoldash ?

Ruslan 2021-06-12 18:43:28

Bs restoran sahibinə hansı cəza vverilib?Yoxsa cəza verilib və gerioxunub (məhkəmədə olduğu kimi)

Eli 2021-06-12 16:11:03

Burda deyibler:Bir melek olsa da ağılsiz beşer ,yüz illik hörmetden bir günde düşer.Ay akademik müellim nefsini ve dilini saxlasaydın özüne bu poroblemlerı yaratmazdın.Neyine kazım idi bu,uzun illerdir yaşayırdın özün üçün sökürdün univerditetşn fundamentini .

Binyət 2021-06-12 13:58:20

Gülməli və ağlamalı açıqlama.

Gülər 2021-06-12 13:56:28

Toydan sonra nağara!

Son yazılar