Gənc memar Seymur Baxışlı 8 Noyabr Qarabağ Tarixi Muzeyinin layihəsini hazırlayıb. Qeyd edək ki, belə bir muzeyin yaradılması ilə bağlı ictimaiyyət nümayəndələri tərəfinən vaxtaşırı təkliflər səsləndirilir. S. Baxışlı isə bu təkliflərdən ruhlanaraq, memarlıq məharətini səfərbər edərək göz oxşayan layihə ortaya qoyub.
"Müzəffər Azərbaycan Ordusunun və Ali Baş Komandanımızın səyləri ilə işğal altında olan torpaqlarımızı azad etdik. İndi biz hər yeri bərpa edib, hər şeyi daha mükəmməl inşa edəcəyik. Bir memar olaraq bu müqəddəs torpaqlarda layihə inşa etmək mənim üçün böyük qürur hissidir. Tariximizdə qürurlu hadisələr çoxdur, müasir tariximizin ən qürurlu hadisəsi isə 8 Noyabr Zəfər günüdür. Məhz buna görə muzeyin konsepti 8 rəqəminin formasındadır"- deyə gənc memar "AzPolitika.info"-ya açıqlamasında bildirib.
"AzPolitika.info"





Şərhlər
"gənc" memardan soruşuruq: niyə layihədəki otaqlar rus dilində yazılıb? Bura bəyəm rosiyadır? Bura Azərbaycandır!
Layihə türk təxəyyülünə uyğun deyil. Yapon, korey düşüncə tərzini ehtiva edir. Qarabağın ruhu ilə əsla səsləşmir. Müxtəlif rakurslardan baxanda gah, elektrik ütüsünə, gah uçan boşqaba oxşayır. Təkcə muzeyə oxşamır. Şuşanın və ümumilikdə Qarabağın arxitekturasına daban-dabana ziddir....