Menu

"Birgə bəyannamədə tarixi Qars bəyannaməsinə istinad edilir" - Prezident

15.06.2021, 18:04
"Birgə bəyannamədə tarixi Qars bəyannaməsinə istinad edilir" - Prezident

“Bu gün əlamətdar gündür. Tarixi bir gündür. Bu gün biz qardaş ölkənin əziz Prezidenti Rəcəb Tayyib Ərdoğanı Qarabağ torpağında, Şuşa torpağında salamlayırıq”.

“Report”un xəbərinə görə, bunu Şuşada Azərbaycan Prezidenti İlham Əliyev deyib.

“Əziz qardaşım Azərbaycanda dəfələrlə olub. Ancaq ilk dəfə Qarabağ torpağında, Şuşada biz bir yerdəyik. Bu səfərin tarixi əhəmiyyəti var”, - Prezident vurğulayıb.

Azərbaycan və Türkiyə arasında Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannaməsinə toxunan dövlət başçısı bildirib ki, Birgə bəyannamədə tarixi Qars bəyannaməsinə istinad edilir.

Şərhlər

t.ədalət 2021-06-17 10:38:57

"Qars bəyannaməsi" deyilən sənəd bolşevik Rusiyası ilə Türkiyə ərazisində imzalanıb.Həmin sənədə isnad etmək müstəqilliyimizə kölgə salır.Biz,yalnız və yalnız Demokratik Cümhuriyyətimizin dövründəki "Batum müqaviləsindən" bəhs etməliyik.Keçmişimizə rusu pərçimləmək yetər!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol