"HƏR ŞEY BİTDİ, DÜNYA QARABAĞI AZƏRBAYCAN ƏRAZİSİ HESAB EDİR" - Levon Ter-Petrosyan

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan bildirib ki, dünya ölkələri Qarabağı Azərbaycan ərazisi hesab edir.

“Report” xəbər verir ki, sabiq dövlət başçısı bu barədə Ermənistanın İctimai Televiziyasının efirində deyib.

"Bu məsələdə Ermənistanın müttəfiqi yoxdur və heç vaxt olmayıb. İndi vəziyyət daha da çətindir. Bizim heç nəyimiz yoxdur, Ermənistanın həlledici səsi yoxdur", - deyə Levon Ter-Petrosyan vurğulayıb.

O, ikinci prezident Robert Koçaryanın yeni müharibə bəyanatını təhlükəli hesab edir. 

"Bu, problemlərə gətirib çıxara bilər. İndi orada Azərbaycan qoşunları var, bu, yalnız müharibə halında mümkündür. Yəni Robert Koçaryan yeni müharibə vədini verir.

Bütün dünya Qarabağı Azərbaycanın hissəsi hesab edir. O, yalnız ərazisini bərpa etdi, heç kim Azərbaycan ittiham etmədi. Bu dünyanın qanunu belədir. Bizi Dağlıq Qarabağın Azərbaycanın hissəsi olması ilə razılaşmağa məcbur edəcəklər. Artıq heç nə bizdən asılı deyil, hər şey bitdi”, - Levon Ter-Petrosyan qeyd edib.

635x100

Şərhlər

Qambay 2021-06-16 16:07:09

Ermənilərin ən ağıllı prezidentləri bu idi,bunu da eşitmədilər.

Xalq 2021-06-16 11:28:21

levon hər şey lap çoxdan bitib, sadəcə sənin kor millətin bunu görmür və ya görmək istəmir. Bununla barışmaq lazımdır.

Roma 2021-06-16 09:40:55

Qarabağ hadisələrində sənin də rolun az olmayıb ay levon...ancaq əlbəttə ki, bilavasitə əlin qana batmayıb, bu oğraşlar kimi, robertlə serjik oğraşları nəzərdə tuturam...ən çox arzuladığım iki erməni dığasının əlimə düşməsidir, vitali balasanyan və zori balayan oğraşları...ən yaxşı halda gözlərini travmatoloji və ya reanimasiya şöbələrində (uroloji ginekoloji şöbələri istisna deyil) aça bilərlər...

esger 2021-06-16 09:12:50

Ermenlərin bütün cinayetlərə cavab verməlidir

Son yazılar