Menu

“Bir günahkar varsa, o mənəm” - Şenol Günəş

16.06.2021, 22:32
“Bir günahkar varsa, o mənəm” - Şenol Günəş

“İlk dəqiqələrdən rəqibin pressinqi ilə üzləşdik. Uzun ötürmələrlə müdafiə xəttimizə çətin anlar yaşatdılar”.

Apasport.az saytının məlumatına görə, bu sözlər Türkiyə millisinin baş məşqçisi Şenol Günəşə məxsusdur.

AVRO-2020-nin qrup mərhələsinin II turunda Uelslə Bakı Olimpiya Stadionunda üz-üzə gələn “ay-ulduzlular” 0:2 hesabı ilə məğlub olaraq, ilk iki yer şansını itiriblər.

Qarşılaşmadan sonra təşkil olunan mətbuat konfransında 69 yaşlı mütəxəssis bunları deyib: “Buraxılan qola baxmayaraq, komanda toparlandı, hücum oyunu sərgilədi. Bir neçə qol imkanımız da oldu. Təəssüf ki, son dəqiqədə ikinci topu buraxdıq. Rəqib bu gün daha soyuqqanlı oynadı. Bu gün 2:0 hesablı qələbə də qazana bilərdik. Ancaq indiki durumda qrupdan çıxmaq şansımız xeyli azaldı. İtaliya ilə matçdakı oyunun şokunu görünür üzərimizdən ata bilməmişik. Bu turnir bizim üçün önəmli idi. Daha yaxşı oyunla xallar qazanmalı idik”.

Günəş uğursuz çıxışa görə özünü günahlandırıb: “Bu məğlubiyyətin məsuliyyəti mənimdir. Yəni bir günahkar varsa, o mənəm. Futbolçular onlara verilən tapşırığı yerinə yetirdilər. Düzdür, bəzi oyunçular, xüsusən də, orta sahədə çıxış edənlər yaradıcılıq baxımından istədiyimizi ortaya qoya bilmədi. Mən heyəti seçəndə hazırlıq durumlarına baxıram”.

Şərhlər

Tahir 2021-06-16 23:40:34

Əziz AzPolitika! Əmin edirəm ki, mən hər informasiya almaq ehtiyacımız ilk olaraq sizinlə başlayıram.Yəni ən sevimli infomənbəyimsiniz.Sizdən xahişim var.Türkiyə Uels matçını İTV- dən şərh edən diktorun Uelsin 2-ci qolundan sonrakı " sevincini" son günlərin fonunda analiz edib onun gözünə soxmaq lazımdır. Bir sözlə həmin qoldan sonrakı şərhi dinləsəniz hər şey sizə aydın olacaq..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol