Türkiyənin "Qalatasaray" futbol klubunun yeni prezidenti müəyyənləşib. "Report"un məlumatına görə, Burak Elmas bu gün keçirilmiş seçkilərdə bütün rəqiblərini geridə qoyub.
O, "sarı-qırmızıların" 38-ci prezidenti olub.
Elmas bu postda Mustafa Cengizi əvəzləyəcək. 2018-ci ildən İstanbul təmsilçisinə rəhbərlik edən Cengiz səhhəti ilə əlaqədar namizədliyini irəli sürməyib.



Şərhlər