Polşa Türkiyə dronlarını ölkənin şərq sərhəddində yerləşdirəcək

Polşa Xarici İşlər Nazirliyinin (XİN) başçısı Zbiqnev Rau bəyan edib ki, Türkiyənin «Bayraktar TB2» pilotsuz uçuş aparatı Polşa ordusunun potensialını yaxşılaşdırıcaq və NATO-nun şərq sərhəddini möhkəmlətməyə imkan verəcək.

May ayında Polşanın Milli Müdafiə naziri Mariuş Blaşak xəbər verib ki, onun ölkəsi Türkiyədən 24 ədəd pilotsuz uçuş aparatı («Bayraktar») alır.

«Biz, əminik ki, o (dron) Polşa ordusunun potensialını yaxşılaşdıracaq və NATO-nun şərq sərhədlərini möhkəmlətməyə imkan verəcək» -dey’? Rau Antalyada Diplomatik Forum zamanı «Anadolu» agentliyinə verdiyi müsahibəndə qeyd edib.

Xarici İşlər naziri də əlavə edib ki, Türkiyə və Polşa öz sərhədlərində təhlükəsizlik təhdidləri ilə qarşılaşırlar.

Polşa XİN başçısının fikrincə, yalnız Qərbi Balkan ölkələri və Türkiyənin Avropada sabitliyi və çiçəklənmənin təmini üçün bu birliyə üzv olması tam miqyaslı əməkdaşlığı təmin edər.

Müsahibənin gedişində Rau onu da xatırladıb ki, Ankara və Varşava NATO-nun Gürcüstan və Ukrayna ilə əməkdaşlığının möhkəmləndirilməsi üsullarını müzakirə edirlər.

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar