“Xəzər Azərbaycan və Qazaxıstan arasında dostluq və əməkdaşlıq dənizidir” - XİN başçısı

“Xəzər dənizi Azərbaycan və Qazaxıstan arasında dostluq və əməkdaşlıq dənizi olaraq hər zaman gündəmimizin vacib elementi olub”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstan baş nazirinin müavini - xarici işlər naziri Muxtar Tileuberdi ilə görüşdən sonra bəyanatında deyib.

O birlidirib ki, qazaxıstanlı həmkarı ilə görüşdə 2018-ci ildə Xəzəryanı ölkələrin dövlət başçılarının Aktau şəhərində beşinci zirvə toplantısında əladə edilmiş nəticə xüsusilə qeyd olunub: “Bu istiqamətdə fəaliyyətin davam etdirilməsi, ölkələrin mövqelərinin daha da yaxınlaşdırılması, konkret sənədlərin hazırlanmasının vacibliyi qeyd edilib”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar