Milli Məclisin bu gün keçirilən iclasında “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.
"Report"un xəbərinə görə, dəyişikliklə əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla əlilliyi olan şəxs hesab ediləcək.
Layihə əlilliyi olan şəxslərin sosial təminatının gücləndirilməsi məqsədilə hazırlanıb.
Beləliklə, həmin müddət üçün vətəndaşın sosial ödənişlərinin aparılmasını təsbit edən dəyişiklik, əlilliyi olan şəxslərin sosial təminatının daha da yaxşılaşdırılmasını nəzərdə tutur.
Müvafiq olaraq “Əmək pensiyaları haqqında” qanuna da dəyişiklik edilir.
Təklif edilən dəyişikliyə əsasən, əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi əlillik müddəti bitdiyi gündən dayandırılır. Bu kateqoriyadan olan şəxslərə əmək pensiyasının ödənilməsi isə onların “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa ediləcək.
Qeyd edək ki, qüvvədə olan qanuna əsasən, şəxsin əlilliyi, o cümlədən sağlamlıq imkanlarının məhdudluğu yenidən müəyyən edilərsə, əmək pensiyasının verilməsi əlilliyin, o cümlədən sağlamlıq imkanlarının məhdudluğun yenidən müəyyən edildiyi gündən bərpa edilir. Eyni zamanda təkrar müayinə vaxtı üzrlü səbəbdən ötürüldükdə, bu müddət ərzində əmək pensiyası bir aydan çox olmayan müddət üçün ödənilir. Təkrar müayinə zamanı əlilliyi olan şəxs başqa əlillik dərəcəsinə keçirildikdə, bir aydan çox olmayan müddət üçün əmək pensiyası əvvəlki dərəcə üzrə ödənilir.
Müzakirələrdən sonra qanuna dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.


Şərhlər
Nazirliyin əməkdaşlarının çoxu işədiyi müddətdə vəzifə səlahiyyətlərindən süni istifadə edərək özlərini əlilliyə çıxardıblar və yüksək səviyyədə əlillik pensiyası alırlar... YAXŞI olarki nazirlik birinci növbədə öz işçilərinin əlillik dərəcəsini ləğv etdirsinlər... Misal üçün birini qeyd etmək istəyirəm ki, Şəki DSMF-da işləyən Elburus əlillik pensiyası alır və işləyir....
Milli Məclisdə müzakirə olunan əlillik barədə danışıqlar adamın yadına bisavad qocaların,"pəncərtədən işıq düşür" və "işıq pəncərənin şüşəsindən düşür"-kimi söhbətlərini saldı.Yaxud Napoleonun Fransanın konstitusiyasını hazırlayanlara :elə olsun ki,savadlı yazılsın,həm də oxuyanlar heç nə anlamasın"-deməsini xatırlatdı.Məgər,bu deputatlar görmürlər ki,əlillik haqqında dedikləri yüz il bundan qabaqkılardan fərqlənmir7