Vahid Ələkbərov yenidən "LUKoil" şirkətinin prezidenti seçildi

Rusiyanın “LUKoil” neft şirkətinin sərmayədarları Vahid Ələkbərovu yenidən şirkətin prezidenti seçiblər.

“LUKoil”un mətbuat xidmətinin səhmdarların illik iclasının yekunlarına dair yaydığı məlumatda belə deyilir.

İclasda, həmçinin Direktorlar Şurasının 11 nəfərdən ibarət tərkibi də təsdiqlənib.

Xatırladaq ki, Vahid Ələkbərov 1950-ci ildə Bakıda anadan olub. O, Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Neft Akademiyası) məzunu, iqtisad elmləri doktorudur. 1993-cü ildən “LUKoil” şirkətinin prezidentidir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar