Menu

“Minsk sazişinə təkcə Rusiya əməl etməlidir” - Avropa Şurası

27.06.2021, 00:08
“Minsk sazişinə təkcə Rusiya əməl etməlidir” - Avropa Şurası

Avropa İttifaqında arzu ediblər ki, Rusiya tam olaraq Donbass üzrə Minsk sazişinin yerinə yetrilməsini öz üzərinə götürsün.

Uyğun bəyanat Avropa İttifaqı (Aİ) sammitinin yekun kommünikesində öz əksini tapıb.

«Avropa Şurası Rusiyanı tam olaraq, Minsk sazişinin açar şərtlərini yerinə yetirmək barədə öz üzərinə öhdəlik götürməlidir ki, Aİ istənilən əhəmiyyətli mövqe dəyişikliyini edə bilsin» - kommünikedə deyilir.

Bu zaman Avropa Şurasında hesab edirlər ki, Avroittifaq qəti və kordinə olunmuş qaydada Rusiyanın qeyri-qanuni və pozucu hərəkətlərinə cavab verməlidir.

Bu da hamısı deyil. Avropa Şurası Rusiyanın əsas azadlıqları məhdudlaşdırmasını və mülki cəmiyyət üçün məkanı daraltmasını qınayan bəyanala çıxış edib.

Bundan əvvəl isə xəbər verildiyi kimi, Avropa Şurası Parlament Assambleyası (AŞPA) Rusiyanı Krımda öz qanunlarını tətbiq etməməyə, Ukrayna qanunlarını rəhbər tutmağa səsləyib.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol